Accessibility links

Rusiya ABŞ siyasətinə niyə müdaxilə edir?


USA and Russia
USA and Russia

Kremlin 2016-cı ildə ABŞ-da keçiriləcək seçkilərə təsir göstərməsinə dair sərt ittihamlar rus trolları, haker və casusları nəinki öz əməllərindən çəkindirib, hətta həvəsləndirib.

ABŞ rəsmiləri və texnoloji kompaniyaları Rusiyanın onlayn aktivliyini və çərşənbə axşamı keçiriləcək seçki kampaniyası dövründə amerikan seçiciləri hədəf aldığını bildirir. Onlar miqrasiya və silaha nəzarət məsələlərində gərginliyi artırmaq üçün saxta profilli amerikan media postları yaradırlar.

Saxta profillərdən istifadə edərək ruslar Amerikada sosia-siyasi debat mərkəzində olan məsələlərə dair bölücü postlar yayırlar.

Rusiya rəsmiləri hər hansı bir müdaxiləni inkar edir. Bu günə qədər ABŞ səlahiyyətliləri 2016-cı il seçkilərində şübhələnən hər hansı böyük həcmli haker hücumunu və ya çoxsaylı kampaniyanı elan etməyiblər. Rusiya sonrakı addımlarının və Kremlin əlaqəsi olub olmadığını və ya seçki təsirinin olacağına hökm etmək çətindir.

Amma onlar nəyə görə yenidən gündəmdədirlər? 2016-cı il seçkilərinə müdaxilə şübhəsi olan onlarla rusiyalı ABŞ-ın sanksiyaları ilə üzləşib. Moskvanın Qərblə əlaqələri Rusiyanın xaricdəki müdaxilələri iddialarından sonra pisləşib.

Bəziləri Rusiyanın bu ilki ara seçkilərində müdaxilə etməməsini bildirirlər, çünki təşəbbüskarlar 2016-cı ildə artıq istədiklərini əldə ediblər; Ağ Evdə Donald Tramp və demokratik tərəflə kütləvi xəyal qırıqlığı.

"Trol ferması" kimi tanınan biznes mərkəzində Amerika seçkilərinə müdaxilə etmiş İnternet Araşdırma Agentliyi qərargahlanıb. Sankt Peterburq, Rusiya.
"Trol ferması" kimi tanınan biznes mərkəzində Amerika seçkilərinə müdaxilə etmiş İnternet Araşdırma Agentliyi qərargahlanıb. Sankt Peterburq, Rusiya.

Rəsmi Kremlin Trampdan xoşu gəlir. O nadir Qərb liderlərindəndir ki, Rusiya prezidenti Vladimir Putinə isti münasibət bəsləyir. Lakin Rusiyanın ABŞ-la yaxınlaşma ümidləri özünü doğrultmayıb.

Çərşənbə axşamı keçiriləcək ABŞ ara seçkilərindən sonra Demokratların Nümayəndələr Palatasına və ya Senata nəzarəti bu perspektivi daha da uzaqlaşdıracaq.

Rusların favoriti var və onlar nəticələrə öz mənafelərinə uyğun təsir etmək üçün əllərindən gələni edəcəklər.
Ceyms Niksey, Chatham House

“Rusların favoriti var və onlar nəticələrə öz mənafelərinə uyğun təsir etmək üçün əllərindən gələni edəcəklər,” Londonda yerləşən Chatham House-un Rusiya və Avrasya üzrə proqramının rəhbəri Ceyms Niksey bildirib.

O bildirir ki, hər halda “Amerikanın bütün problemlərində Rusiya cavabdeh deyil”. Amerikada hər yerdə olduğu kimi parçalanma və çökmə var və Rusiya bura ling qoyub bu parçalanmaları genişləndirməyə çalışır.”

Bəzi ruslar isə ABŞ sanksiyalarını onların ölkəsinin yenidən dünyada əzəmətli hakimiyyətə sahib olmasının əlaməti olaraq şərəf nişanı kim daşıyırlar.

Xüsis Məsləhətçi Robert Maller Rusiyanın 2016 ABŞ seçkilərinə müdaxiləsi üzrə təhqiqata rəhbərlik edir.
Xüsis Məsləhətçi Robert Maller Rusiyanın 2016 ABŞ seçkilərinə müdaxiləsi üzrə təhqiqata rəhbərlik edir.

2018-ci il ara seçkilərində xarici müdaxilə ilə məşğul olan ilk şəxs kimi saxlanılan Yelena Xusyaynova xəbərlərdə "bütün qəlbimlə qürur duyuram" deyib. Keçən həftə ABŞ-da 2016 və 2018 seçkilərində gizli ictimai media kampaniyasında günahlandırıldıqdan sonra Rusiya TV-də danışan Yelena "sadə rus qadınının super qüdrətin vətəndaşlarına prezidentlərini seçməyə kömək edə biləcəyi"-ndən agah olduğunu sarkazmla qeyd edib.

Məlum olur ki, sadə rus qadını superqüdrətin vətəndaşlarına prezident seçməkdə yardımçı ola bilər.
Yelena Xusyaynova, seçkilərə müdaxilə ittihamı ilə üzləşən RF vətəndaşı

Rusiya Elmlər Akademiyası ABŞ və Kanada üzrə mütəxəssisi Pavel Koşin seçkilərə müdaxiləni “Rusiya propoqandasına və rusiya siyasətçilərinə hədiyyə" adlandırıb və onların “ABŞ-dakı anti-Rusiya ideyası"-ndan anti-amerikanizmi gücləndirmək və onların təsdiq reytinqlərini artırmaq üçün bir vasitə kimi istifadə edə biləcəklərini deyib.

2016-cı il ABŞ seçkiləri Rusiyanın xarici müdaxiləsini diqqət mərkəzinə çəkdi, ancaq bu təcrid olunmuş hal deyildi. Bu anti-Qərb mahiyyətli əməliyyat post-Sovet məkanında ABŞ-ın "alçaldıcı siyasətinə" və Sovet İttifaqının sona çatmasından sonra ağır şərtli kredit proqramları və NATO-nun genişləndirilməsinə qisas çərçivəsində dəyərləndirilir.

XS
SM
MD
LG