Accessibility links

Rusiyanın baş naziri Kubaya rəsmi səfərə çıxır


Rusiya Baş Naziri Dmitri Medvedev Birləşmiş Ştatların təzyiqləri ilə qarşılaşan kommunistlərin idarə etdiyi Kubaya dəstək vermək üçün cümə axşamı Havanaya iki günlük rəsmi səfərə başlayır.

Moskva son illər Çin və Birləşmiş Ştatların Latın Amerikasındakı nüfuzunu tarazlaşdırmaq məqsədilə geniş strategiyanın bir hissəsi olaraq Kuba ilə ticari, siyasi və hərbi əlaqələrini yeniləməyə çalışır.

Rusiya eləcə də Tramp administrasiyasının `tiraniya üçlüyü` adlandırdığı Kubanın solçu müttəfiqləri Venesuela və Nikaraquaya da dəstək verib.

Rusiyanın Kubaya verdiyi dəstək Sovet İttifaqının dəstəyi ilə müqayisədə o qədər güclü olmasa da, ada iqtisadiyyatının xarici yardıma ehtiyacı qalmaqdadır.

Təhlilçilər 2014-cü ildə prezident Vladimir Putinin adaya sərəfindən sonra Medvedevin Kubaya indiki səfərinin böyük simvolik əhəmiyyət kəsb etdiyini deyirlər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG