Accessibility links

Rusiyanın Berlindəki səfirliyinin önündə rusiyalı diplomatın cəsədi tapılıb


Der Spiegel mənbələrə istinadən yazır ki, oktyabrın 19-da Berlində Rusiya səfirliyinin pəncərələri altında - səkidə polis 35 yaşlı diplomatın cəsədini tapıb.
Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristofer Burger Rusiyanın Berlindəki səfirliyinin əməkdaşının öldüyünü təsdiqləyib. O əlavə edib ki, şəxsi məlumatların mühafizəsi ilə bağlı müddəalara görə heç bir təfərrüat verə bilməz.

Rusiya səfirliyi bunun qəza olduğunu bildirib. Nəşrin sualını cavablandıran diplomatik nümayəndəlik hadisəni “etik səbəblərə görə” şərh olunmayan “faciəli insident” elan edib. Rusiya tərəfi diplomatik statusa görə Almaniya hakimiyyətinə diplomatın meyitinin yarılmasına icazə verməyib.
Diplomat səfirlikdə ikinci katib işləyib. Der Spiegel-ə görə, Almaniya kəşfiyyatı onun əslində FSB zabiti olduğundan və FSB-nin yüksək rütbəli generalı ilə əlaqələrinin olduğundan şübhələnirdi.

“Insider” və “Bellingcat” açıq mənbələrdən müəyyən ediblər ki, ölən şəxs FSB-nin Konstitusiya quruluşunun müdafiəsi idarəsinin rəhbəri general-leytenant Aleksey Jalonun oğlu Kiril Jalodur. Müstəntiqlər nəqliyyat vasitələrinin qeydiyyatı məlumat bazasını araşdırdıqdan sonra müəyyən ediblər ki, Kiril Alekseyeviç Jalo həm Moskvada, həm də əvvəllər Rostov-na-Donuda atası ilə eyni ünvanda qeydiyyatda olub.

Kiril Vyanadakı Müdafiə Nazirliyində Rusiya Federasiyasının daimi nümayəndəliyinin üçüncü katibi vəzifəsində çalışıb və 19 iyun 2019-cu il tarixində Zəlimxan Xanqoşvilinin öldürülməsindən cəmi iki ay əvvəl Berlinə köçürülüb.

"Əlbəttə, bu təsadüf ola bilər. Amma qeyd etmək lazımdır ki, Almaniya hakimiyyəti Xanqoşvilinin qatilinin Berlində - yerindəcə dəstək aldığını düşünür" deyə, Bellingcat-ın tədqiqatçısı Xristo Qrozev yazıb.

Pankisi dərəsindən olan, Rusiya-Çeçen müharibəsinin iştirakçısı, Gürcüstan Daxili İşlər Nazirliyinin antiterror idarəsinin keçmiş əməkdaşı Xanqoşvili 2019-cu il avqustun 23-də Berlində öldürülüb. The Insider və Bellingcat-ın müstəntiqləri həmin şəxsin mümkün əsl adını müəyyən ediblər. Onların sözlərinə görə, onun adı Vadim Nikolayeviç Krasikovdur və o, Avropaya səfər etməzdən əvvəl FSB xüsusi təyinatlılarının "Vımpel" bazasında təlim keçib.

Müstəntiqlər əmindirlər ki, Xanqoşvilinin qətlinə ən azı FSB rəhbərliyi səviyyəsində əmr verilib, eyni ifadə Almaniya prokurorluğunun ittiham sənədlərində də var. 2019-cu ilin dekabrında Rusiya prezidenti Vladimir Putin Xanqoşvilini "qanlı quldur" və "Moskva metrosunda partlayışların təşkilatçısı" adlandırmışdı, lakin bu məlumat heç vaxt müstəntiqlər tərəfindən rəsmi olaraq səsləndirilməyib. 2020-ci ilin iyununda Almaniya prokurorluğu Xanqoşvilinin qətlində S. Vadimə (Vadim K.) qarşı ittiham irəli sürüb. Qətldən əlavə, rusiyalı həm də silahla davranış qanununu pozmaqda ittiham olunur.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub
please wait

No media source currently available

0:00 0:11:33 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG