Accessibility links

Rusiyanın hava məkanı daxilində sərnişin təyyarələri vurula bilər


Rusiyanın Müdafiə Nazirliyi ölkənin silahlı qüvvələrinə Rusiyanın hava məkanı daxilində sərnişin təyyarələrini vurmağa icazə verən qanun hazırlayıb.

Hökumətin təklif etdiyi qanun layihələrinin siyahısında yer alan sənəddə deyilir ki, Rusiyanın hava məkanına icazəsiz girən, xəbərdarlıq siqnallarına, xəbərdarlıq atəşlərinə cavab verməyən sərnişin təyyarələri kütləvi ölüm, ekoloji fəlakət, yaxud strateji hədəflərə hücum təhlükəsi yaradarsa vurulacaq.

Qanun layihəsində vurğulanır ki, Müdafiə Nazirliyi Rusiya hava məkanının 50 kilometrliyində olan naməlum təyyarələrə reaksiya verməlidir.

Sənədə görə, sərnişin təyyarələri “real insan ölümü, yaxud ekoloji fəlakət təhlükəsi yaratmırsa”, vurula bilməz.

Layihədə belə təhdidlərin necə müəyyənləşdiriləcəyi göstərilmir.

Rusiya hökumətinin 1994-cü ildə qəbul etdiyi qətnamə hərbi qüvvələrin içərisində sərnişin olan mülki təyyarələri vurmasını qadağan edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG