Accessibility links

Rusiyanın İrana qabaqcıl peyk sistemi göndərəcəyi deyilir


The Washington Post qəzeti ABŞ və Yaxın Şərqin hazırkı və keçmiş rəsmilərinə istinadən bildirir ki, Rusiya İranı Tehranın bölgədəki və xaricdəki nəzarətini xeyli gücləndirəcək inkişaf etmiş peyk sistemi ilə təmin etməyə hazırlaşır.

Xəbərə əsasən Rusiya istehsalı yüksək keyfiyyətli kamera ilə təhciz olunmuş Kanopus-V peyki bir ay ərzində kosmosa göndərilə bilər.

Xəbər dünya güdrətləri ilə İranın nüvə proqramına dair gərgin danışıqların davam etdiyi, eləcə də iyunun 16-da Cenevrədə ABŞ Prezidenti Co Baydenin Rusiya lideri Vladimir Putinlə görüşə hazılaşdığı vaxta təsadüf edib.

Bayden artıq Avropa səfərinə Rusiyanın Vaşinqtonun beynəlxalq nizam və təhlükəsizliyə təhdid kimi gördüyü fəalliyyətləri barədə xəbərdarlıqlarla başlayıb.

Washington Post qəzeti bildirir ki, xəbərlə əlaqədar olaraq Rusiya Xarici İşlər Nazirliyinə göndərilən e-mail sorğusuna cavab verilməyib.

Ancaq qəzet ABŞ rəsmisi ilə Yaxın Şərqin keçmiş rəsmisinin satış planlarınl təsdiqlədiyini bildirir. Kəşfiyyat toplama işləri davam etdiyi üçün rəsmilərin heç biri adlarını açıqlamayıb.

İran ordusu orbitə effektiv hərbi kəşfiyyat qurğusu göndərməkdə çətinlik çəkir, amma ötən il Noor-1 peykini orbitə uğurla çıxara bilib.

Qəzet yazır ki, Kanopus-V-nin satışı mülki bir vasitə kimi sənədləşdirilsə də, rəsmilərin bildirdiyinə görə, satınalma prossesində iştirak etmək üçün İran İslam İnqilabı Keşikçiləri Korpusu səfərlərə qatılıb.

Yaxın günlərdə Rusiya mütəxəssisləri İranın şimalındakı Kərəc şəhərində peyk sistemini idarə edəcək müəssisənin qurulması üçün İrana səfər edib.

Adını açıqlamayan Yaxın Şərq rəsmisi İranın bu yeni peyki vasitəsi ilə əldə etdiyi fotoşəkilləri Yəməndən Livana, İraqda Suriyaya qədər bölgədəki Tehran tərəfdarı yarı-hərbi dəstələrlə paylaşa biləcəyinə dair narahtlığını ifadə edib.

XS
SM
MD
LG