Accessibility links

Rusiyanın istehsal etdiyi təyyarə Misirdə qəzaya uğrayıb


MiG-29 təyyarəsi

RIA xəbər agentliyi Rusiyanın dövlətin nəzarət etdiyi təyyarə istehsalçısına istinadən bildirib ki, Rusiyanın istehsal etdiyi MiG-29 döyüş təyyarələri Misirdə təlim uçuşları zamanı qəzaya uğrayıb.

Misir ordusu döyüşçü təyyrasinin “nəzarət alətlərində yaranan texniki nasazlıq” səbəbilə təlim zamanı qəzaya uğradığını təsdiq edib və pilotun təhlükəsiz şəkildə təyyarədən çıxdığını əlavə edib.

“Biz Misir ordusuna məxsus MiG-29M təyyarəsinin qəzası ilə bağlı ən son məlumatlara sahibik. Bizim texniki ekspertlərimiz istintaqa yardım etmək üçün çox yaxında Misirə səfər edəcək” – deyə, RIA xəbər agentliyi Rusiyanın dövlətə məxsus hərbi və mülki təyyarə istehsal edən şirkəti Birləşmiş Təyyarə Korporasiyasına istinadən bildirib.

Vedomosti qəzetinin təyyarə sənayesinə istinadən verdiyi məlumata görə, 2105-ci il sazişinə əsasən, Rusiya Misiri 46 MiG-29 döyüşçü təyyarəsi ilə təchiz etməyə razılaşıb .

Dünyaya Baxış

Dünyaya Baxış. Fransa etirazlarında Bordeaux bələdiyyə binası yandırılıb
please wait

No media source currently available

0:00 0:11:06 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynada müharibə və Çin-Rusiya danışıqları.
please wait

No media source currently available

0:00 0:30:03 0:00
XS
SM
MD
LG