Accessibility links

Rusiyanın Krımı ilhaq etməsinin 5 ili tamam olur


Beş il bundan öncə Rusiya Ukraynanın Krım yarımadasını ilhaq edib. Ukraynanın Ali Radası 2015-ci ildə ilhaqın rəsmi tarixinin fevralın 20-i olduğunu qərara alıb.

2014-cü ilin məhz fevralın 20-sində yarımadaya "yaşıl adamlar" adlandırılan ad nişanları olmayan silahlı hərbçilər və nömrələri olmayan yük maşınları gəlib.

2014-cü ilin martın 14-ü yarımadanın vəziyyəti ilə bağlı Krım və Sevastopol ərazilərində keçirilən ”referendum”un nəticələrə görə, Krım Rusiyanın tərkibinə daxil olunub. Nə Ukrayna, nə də Qərb ölkələri səsvermənin nəticələrini tanımayıb. Rusiya dövlət başçısı Vladimir Putin martın 18-i Krımın Rusiyaya "birləşməsini" elan edib.

Krim ilhaqı zamanı yarımadada hərbi balans
Krim ilhaqı zamanı yarımadada hərbi balans

Krımın ilhaqından sonra həbrçilər, siyasətçilər və "Krımın özünümüdafiə"sinin nümayəndələri "Krımın qaytarılması uğrunda” medal ilə təltif olunub və əməliyyatın fevralın 20-dən martın 18-dək keçirildiyi göstərilib.

Rusiya əvvəlcə hərbi təcavüz faktınının olduğunu qəbul etməkdən imtina edib. Yalnız 2014-cü il aprelin 17-i Rusiya dövlət başçısı Vladimir Putin ilk dəfə olaraq Rusiya hərbçilərinin Krımdakı hadisələrə qatıldığını etiraf edib.

Beynəlxalq təşkilatlar Krımın ilhaqını qeyri-qanuni adlandıraraq, Rusiyanın hərəkətlərini qınayıblar. Qərb ölkələri Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edib. Kreml yarımadanın ilhaqını inkar edir və bunu "tarixi ədalətin bərpası” adlandırır.

Ukrayna Ali Radası fevralın 20-ni Rusiyanın Krım yarımadası və Sevastopolun müvəqqəti ilhaqının başlanğıcının rəsmi tarixi kimi qəbul edib.

XS
SM
MD
LG