Accessibility links

Rusiyanın müxalifət lideri Aleksey Navalnıy azad edilib


Rusiyanın 3 həftə dəmir barmaqlılar arxasında saxlandıqdan sonra yenidən həbs edilən müxalifət lideri Aleksey Navalnıy azadlığa buraxılıb.

Kimsə həbslərlə bizi qorxutduğu və ya dayandırdığını düşünürsə, bu belə deyil

42 yaşlı fəal Moskvanın cənubunda yerləşən nəzarət mərkəzini bu gün səhər tərk edib.

Kreml əleyhinə nümayişlərin təşkilində günahlandırılan Navalnı qısaca müxbirlərin suallarını cavablandırıb.

“50 gündən artıq həbsdə qaldım. Bu rejimin indiyədək bu qədər tənəzzül etdiyini görməmişdik”- deyə, o, Moskvanın xaricdəki utandırıcı kəşfiyyatı və Rusiyanın fəzaya uğursuz raket göndərməsinə işarə edərək bildirib.

“Kimsə həbslərlə bizi qorxutduğu və ya dayandırdığını düşünürsə, bu belə deyil” , Navalnı əlavə edib.

Kremlin tənqidçisi sentyabrda yürüş təşkilində günahlandırılaraq 30 sutka həbsə məhkum edilmişdi. Lakin o, buraxıldıqdan dərhal sonra yenidən həbs edilmişdi.

Putunə qarşı əsas müxalifətə qarşı təzyiqlər prezidentin pensiya islahatlarına etirazlardan sonra dərinləşib.

Rusiyada pensiya yaşı qadınlar üçün 60, kişilər üçün 65-ə qaldırılıb.

Buna etiraz olaraq ölkədə baş qaldıran nümayişlərdə 1000-dən çox adam həbs edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG