Accessibility links

Rusiyanın Maqnitoqorsk şəhərində çoxmərtəbəli yaşayış binasında partlayışda 4 nəfər ölüb


Rusiyanın Fövqəladə Hallar Nazirliyinin bildirdiyinə görə, bazar ertəsi Maqnitoqorsk şəhərindəki yaşayış binasında baş verən partlayış azı 4 nəfərin ölümünə, 4 nəfərin isə yaralanmasına səbəb olub.

Partlayış yerli vaxtla səhər saat 6 radələrində baş verib.

Temperaturun Selsi ilə mənfi 26 dərəcə olduğu bir vaxt 79 nəfərin hələ də dağıntılar altında qaldığı deyilir.

Rusiya Fövqəladə Hallar Nazirliyi binanın digər bloklarında yaşayan sakinləri evakuasiya etməyə çalışır. Nazirlik partlayışın baş verdiyi doqquzmərtəbəli binadan dağıntıları altından 4 nəfərin sağ çıxarıldığını bildirib.

Partlayışın qaz sızması səbəbindən baş verdiyi guman edilir.

XS
SM
MD
LG