Accessibility links

Rusiyada COVID-19-un ölümcül dalğasına yoluxmalar və ölüm halları artmaqdadır


Rusiyanın Moskva və Sankt-Peterburq şəhərləri COVID-19-un ölümcül dalğası ilə mübarizə aparır. İyunun 28-də Moskvada 120 ölüm halı qeydə alınıb. Bundan bir gün əvvəl isə bu rəqəm 100 idi. Sankt-Peterburq şəhərində isə 110 ölüm haqlı qeydə alınıb.

Ümumi olaraq ölkə üzrə son 24 saatda 611 ölüm faktı qeydə alınıb ki, bu da pandemiya başlayandan bəri ümumi ölüm sayının 133,893-ə yüksəlməsinə səbəb olub.

Digər tərəfdən başqa bir federal statistika agentliyi 2020-ci ilin aprelindən 2021-ci ilin aprelinə qədər ölkədə COVID-19-la əlaqəli 270 000 ölüm halının qeydə alındığını bildirib ki, bu da əvvəllki rəqəmdən çox yüksəkdir.

Ölkədə ölüm saylarının həqiqi rəqəmlərinin rəsmi məlumatlardan qat-qat yuxarı olduğuna inanılır.

Gündəlik artan yoluxma halları Hindistanda yüksək yoluxucu versiya olan Deltanın aşkarlanması fonunda artır. Rəsmilər yoluxmaların artmasının səbəbi kimi bir çox rusiyalının peyvənd vurmaq istəməməsi və yavaş vaksinasiya ilə əlaqələndirir.

Ölkədə iyun ayının 28-də Moskvada 7246 olmaqla, 21650 yeni yoluxma halı qeydə alınıb. Bu da ümumi yoluxmaların 5,472,941-ə yüksəlməsinə səbəb olub.

Moskva şəhəri yeni qapanmalar tətbiq edib. Eləcə də müəssisələrə peyvənd olunmayan işçi heyyətinin 30 fazinin evə göndərilməsi əmri verilib.

28 iyundan etibarən restoranların yalnız vaksin olunmuş və ya son altı ay ərzində yoluxmuş daimi müştərilərin qapalı məkanda oturmasına icazə verilir.

Bu arada Sankt-Peterburq şəhəri iyunun 2-də Avro 2020 oyunlarının dörddə bir finalına ev sahibliyi edəcək. Baxmayaraq ki, stadiona ümumi tutumun yarısı qədər tamaşaçı gələcək, bu isə 26 mindən çox insan deməkdir.

AFP xəbər agentliyi iyunun 28-də UEFA-nın rəsmisinə istniadən xəbər verir ki, dörddə bir final "planlaşdırılığı kimi baş tutacaq" və artan yoluxma halları "ümumiyyətlə heç bir şeyin dəyişməsinə səbəb olmayacaq".

Baxmayaraq ki, Rusiya COVID-19 vaksinini istifadə üçün təsdiqləyən ilk ölkədir, mümkün yan təsirləri ilə bağlı natahatlıqlar və hökümətin yetəri qədər vaksinasiya kampaniyası aparmaması səbəbindən prosses ləng irəliləyir.

İndi hökümət insanları peyvənd vurdurmağa təşviq etmək üçün yeni addımlar atır.

XS
SM
MD
LG