Accessibility links

Ukraynanın UEFA tərəfindən təsdiqlənən yeni milli forması Rusiyanı hiddətləndirib


UEFA Ukraynanın vətənpərvər şüarı, Rusiyanın 2014-cü ələ keçirdiyi Qara dəniz yarımadası və Krımın da daxil olduğu Ukrayna xəritəsini əks etdirən milli formasını təsdiqləyib.

Ukrayna Futbol Federasiyasının prezidenti Andriy Pavelko tərəfindən təqdim olunan yeni dizayn Rusiya tərəfində hiddət doğurub. Bir millət vəkili bunu “siyasi təxribat” adlandırıb.

Forma COVID-19 pandemiyası səbəbindən təxirə salınmış və 11 iyun - 11 iyul tarixlərində Rusiyanın Sankt-Peterburq şəhəri də daxil olmaqla, 11 şəhərdə oynanılacaq Avro-2020 çempionatı üçün nəzərdə tutulub.

"UEFA Avro-2020 üçün Ukrayna milli komandasının (və digər bütün komandaların) forması müvafiq avadanlıq qaydalarına uyğun olaraq UEFA tərəfindən təsdiqləndi" - deyə, UEFA 7 iyun tarixində açıqlayıb.

Andriy Pavelko 6 iyun tarixində Facebook-da milli komanda futbolçularının "xüsusi forma" geyinəcəklərini yazıb, eləcə də Ukrayna bayrağında olan sarı mavi rəngli formanın fotolarını yayımlayıb.

"İnanırıq ki, Ukrayna silueti oyunçulara güc verəcək, çünki onlar bütün Ukrayna üçün mübarizə aparacaq" deyən Pavelko əlavə edib ki, "Sevastopol və Simferopoldan Kiyevə, Donetsk və Luqanskdan Ujqoroda qədər bütün Ukrayna hər oyunda onlara dəstək olacaq".

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna milli yığmasının formasını ələ salaraq deyib ki, futbol komandası "Ukrayna ərazisini Rusiyanın Krımına yapışdırıb".

Rusiya parlamentinin millət vəkili Dmitri Svişçev isə Ukrayna xəritəsinin Krım da daxil olmaqla, “qanunsuz” olduğunu və futbol formasının dizaynını “siyasi təxribat” adlandırıb.

Kreml Krımı zorla ələ keçirdikdən sonra Rusiya genişmiqyaslı bir saxtakarlıq kimi qəbul edilən referendumla hərəkətlərini qanuniləşdirməyə çalıb. Bu səsvermə ağır hərbiləşdirilmiş bir mühitdə keçirilib və Ukrayna Konstitusiyasına ziddir. Seçkinin nəticələri beynəlxalq ictimiayyətin əksəriyyəti tərəfindən heç vaxt qəbul edilməyib.

XS
SM
MD
LG