Accessibility links

Rusiyanın radikal Rusiya İmperiya Hərəkatı qlobal səviyyədə mövcudluğunu artırır


Sankt Peterburqda qərargahlanan Rusiya İmperiya Hərəkatı (RİH) adlı ağ supremasist qrup neo-nasistlər və digər ağ supremasist qruplarla transmilli şəbəkələr quraraq Rusiyadan kənarda da öz mövcudluğunu artırır.

RİH ultramillətçi ideologiyanı dəstəkləyir və Rusiyada çar hakimiyyətini bərpa etmək istəyir. Qrup onlayn şəbəkələrində anti-semitik və anti-LGBT ritorikasını yayır.

Aprel ayında ABŞ Departamenti qrupun üç lideri, Stanislav Anatolyeviç Vorobyev, Denis Valliulloviç Qariyev və Nikolay Nikolayeviç Truşçalovu, Xüsusi Təyin Olunmuş Qlobal Terrorçu siyahısına daxil edib. Bu ilk dəfədir ki, ABŞ ağ supremasist qrupunu terrorçu təşkilat olaraq müəyyən edir.

“Rusiya İmperiya Hərəkatı minlərlə üzvü olan, İsveçdə terror hücumları həyata keçirən iki şəxsə təlim keçən təşkilatdır”, Kaliforniyada yerləşən Middlebury Beynəlxalq Araşdırmalar İnstitutunun Terror, Ektsremizm və Terrorla Mübarizə Mərkəzinin direktoru Ceyson Blazakis bildirib.

Blazakis Amerikanın Səsinə deyib ki, Rusiya İmperiya Hərəkatı illər ərzində bir neçə ölkədə xarici ağ supremasistləri döyüş təlimində iştirak etmək üçün qrupun Sankt Peterburqdakı düşərgələrini ziyarət etməyə inandıra bilib. O ‘lav’ edib ki, qrup həcmi və terror fəaliyyəti ilə məşğul olmaq istəyisəbəbilə böyük bir təhlükədir.

RİH Vorobyev tərəfindən 2002-ci ildə Sankt Peterburqda qurulub. Qrupun Sankt Peterburqda Partizad adlı yarı-hərbi dəstə bölümü tərəfindən idarə olunan iki təlim düşərgəsi olduğu deyilir. Neo-nasistlər və ağ supremasistlər münaqişə zonalarına köçmədən əvvəl orada döyüş təcrübəsi əldə edir.

Qrupun ikinci yarı-hərbi dəstə bölümü, İmperiya Legionu Ukraynanın şərqindəki müharibədə Rusiya tərəfdarı separatçılarının tərəfində döyüşüb. Aprel ayında Soufan Mərkəzinin hesabatında İmperiya Legionunun Suriya, Liviya və Mərkəzi Afrika Respublikası daxil olmaqla münaqişə ərazilərinə döyüşçü göndərdiyi bildirilir.

“Bu qrupun əllərində günahsız insanların qanı var”, ABŞ Dövlət Departamentinin terrorla mübarizə idarəsinin koordinatoru Natan Seyls aprel ayının əvvəlində ABŞ-ın qrupa tətbiq etdiyi qadağadan sonra bildirib.

Seyls deyib ki, RİH-nın 2016-cı ildə Sankt Peterburqda 11 gün təlim keçdiyi iki isveçli kişi həmin il İsveçin Qotenburq şəhərində terror hücumları edib.

QOtenburq bomba hücumlarını həyata keçirən Viktor Melin və Anton Tulin sığınacaq mərkəzlərini hədəf almış və bir kişiyə ciddi xəsarət yetirmişdi. İsveç rəsmiləri hücum edən şəxslərin Skandinav Müqavimət Hərəkatının (SMH) üzvləri olduğunu bildirmişdi.

RİH-nın Skandinav Müqavimət Hərəkatı ilə 2015-ci ilin mart ayında Sankt Peterburqda keçirilən Beynəlxalq Rusiya Mühafizəkarlar Forumunda münasibət qurub. Konfransı Rusiyanın siyasi partiyası Rodina təşkil edib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG