Accessibility links

Rusiyanın strateji bombardmançıları Belarus üzərində keşik çəkir


Tu-22 M3 bombardmançıları

Minsk rəsmiləri bildirir ki, Şərqi Avropada gərginliyin yüksək olduğu bir vaxt, Rusiya müttəfiqi Belarusun qərb sərhədinə keşik çəkmək üçün iki nüvə gücünə malik strateji bombardmançısını göndərib.

İki Tu-22M3 bombardmançısını həm Rusiya, həm də Belarus hava qüvvələrinin Su-30SM döyüş təyyarələri müşayiət edib.

Bu, son bir ayda ərazidəki üçüncü bənzər missiyadır.

Rusiya ilə Qərb arasında gərginlik Rusiyanın regionda, Ukrayna ilə sərhəddə qoşun cəmləşdirməsi səbəbilə artıb.

Eyni zamanda Belarusn Avropa İttifaqı ilə münasibətləri ölkənin qərb sərhədindəki miqrant böhranı səbəbilə gərgindir. Avropa İttifaqı böhranın Minsk tərəfindən qəsdən təhrik edildiyini bildirir.

Kyiv rəsmiləri Moskvanın Belarus sərhədindən istifadə edərək Ukraynaya hücumu dəstəkləyə biləcəyinə dair narahatlıqlarını ifadə edib.

Birləşmiş Ştatlar və NATO Rusiyaya Ukraynaya hücum etdiyi halda “böyük nəticələrlə” üzləşəcəyi barədə xəbərdarlıq edib.

Lakin Britaniyanın müdafiə naziri Ben Vallas dekabrın 18-də Spectator jurnalına bildirib ki, NATO üzvlərinin Ukraynanı Rusiyanın hücumundan qorumaq üçün qoşun göndərmək “ehtimalı çox aşağıdır.”

“O, NATO üzvü deyil, ona görə də, kiminsə Ukraynaya Rusiyaya qarşı qoşun göndərəcəyi ehtimal olunmur,” Vallas deyib. “Biz insanları qoşun göndərəcəyimizlə bağlı aldatmamalıyıq. Ukraynalılar bunu bilirlər.”

Vallas əlavə edib ki, Britaniya Ukraynaya müdafiə imkanlarını artırmağa yardım etməyə davam edəcək. O həmçinin Moskvaya Ukraynana hücum etdiyi təqdirdə “sərt iqtisadi sanksiyalarla” üzləşəcəyi, o cümlədən beynəlxalq ödəniş şəbəkəsi olan SWIFT-dən çıxarılma ehtimalı barədə xəbərdarlıq edib.

Bu arada isə Almaniyanın İqtisadi Məsələlər naziri Robert Habek dekabrın 18-də dərc olunan müsahibəsində bildirib ki, Rusiyanın təbii qazını Almaniyaya çatdıracaq Şimal Axın 2 boru kəməri Rusiyanın Ukraynaya hücum etməsi halında “ciddi nəticələrlə” üzləşə bilər.

O əlavə edib ki, Ukrayanın ərazi toxunulmazlığı yenidən pozulsa “heç bir şey istisna olmayacaq.”

Hebek həmçinin deyib ki, “boru kəməsi geosiyasi baxımdan bir səhv idi.”

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 30-dan çox raket və pilotsuz təyyarəsini vurub
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG