Accessibility links

ABŞ Rusiyanın nüvə silahı təhdidinə hazır olduğunu bildirib [Video]


ABŞ Rusiyanın nüvə silahı təhdidinə hazır olduğunu bildirib
please wait

No media source currently available

0:00 0:01:54 0:00

ABŞ Rusiyanın nüvə silahı təhdidinə hazır olduğunu bildirib

ABŞ rəsmiləri bu tip ritorika ilə çox yaxşı tanış olduqlarını bildirib.

Rusiya prezidenti Vladimir Putin son çıxışında ölkəsinin "məğlubedilməz" nüvə silahları olduğunu qeyd edib.

Ağ Evin sözçüsü Sara Sanders bu məlumata təəccüblənməyib.

“Prezident Putin ABŞ-ın illərdir bildiyi lakin Rusiyanın təkzib etdiyi məlumatı təsdiqləyib. Rusiya artıq on ildən artıqdır razılaşdırılmış öhdəlikləri pozaraq destabilləşdirici silah sistemlərini inkişaf etdirir." - deyə, Sara Sanders qeyd edib.

Putin iddia edir ki, onun hərbi qüvvələri limitsiz məsafəyə malik, nüvə enerjisi ilə çalışan sualtı dron və ABŞ-ın raket müdafiə sistemindən yayına biləcək kruiz raketləri də daxil olmaqla, bir neçə yeni nüvə silahını sınaqdan keçirib.

Lakin Pentaqon azı iki silahın - hipersonik vasitə və nüvə enerjisindən istifadə edilən torpedanın - sonuncu Nuclear Posture Review-da yer aldığını bildirib.

Biz uzun zamandır Rusiyanı izləyirik. Buna görə təəccüblənmədik. Amerikalılar əmin ola bilər ki, biz buna tam hazırıq." - deyə, Pentaqonun sözçüsü Dana Vayt bildirib.

ABŞ-ın müdafiə və kəşfiyyat rəsmilərinin sözlərinə görə, Rusiyanın dünya arenasında böyük gücə çevrilmə ideyası Ukrayna və Suriyaya hücum edən Putin üçün ən əsas motivasiya olub.

Putin isə cümə axşamı Moskvadakı çıxışında yenidən qeyd edib.

“Sizin öz siyasətinizlə mane olmaq istədiyiniz hər şey artıq baş verib. Siz Rusiyanı durdurmağa müvəffəq olmadınız." - deyə, Vladimir Putin bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG