Accessibility links

Kremlin seçki propaqandası Putinsiz Rusiyanı necə təsvir edir?


Martın 18-də Rusiyada keçiriləcək prezident seçkiləri ərəfəsində Kremlin propaqanda maşını həmişəki notları vurmaqdadır. Seçkilərdən öncə hakimiyyət insanları hazırkı hökümət lehinə səs verməyə təşviq etmək məqsədilə aparılan dezinformasiya kampaniyası prezident Vladimir Putinin alternativlərini Rusiya üçün fəlakət ssenariləri kimi təsvir etməkdədir. Bu barədə EU vs. Disinfo saytı xəbər yayıb.

Kremlin sponsorluq etdiyi təbliğat kampaniyalarının əsas mövzularından biri Rusiyanın Qərbin qurbanı olaraq göstərilməsidir. Dövlətə məxsus Sputnik xəbər agentliyi, eləcə də Perviy Kanal daxil olmaqla digər dövlət televiziya kanallarında Qərb ölkələri, xüsusilə də ABŞ və Avropa ölkələri rusofobiya yaymaqda ittiham olunur və onların məqsədinin Rusiyanın təbii sərvətlərindən müftə faydalanmaq olduğu iddia olunur.

Vladimir Putin
Vladimir Putin

Məsələn, bu yaxınlarda Perviy Kanalda yayımlanan xəbər proqramında belə bir mesaj səsləndirilib:

Ruslara aşılanan müntəzəm mesaj budur ki, Putinsiz Rusiya qeyri-sabit, gələcəksiz bir cəmiyyətə çevriləcək.

“Rusiyanın milli kimliyinin canlanması ölkənin fiziki gücünün də sürətli şəkildə artmasına gətirib çıxarır. İnstinktiv olaraq isə, bu, Qərbdə heç kəsin xoşuna gəlmir. Sanksiyalar Rusiyanın qüvvətlənməsinin köhnə və qatı düşmənidir”.

Bu yaxınlarda Rusiyada yayılan viral bir videoda həyat yoldaşının sözünə qulaq asmayaraq, səsvermədə iştirak etməyən bir kişinin yuxudan oyandıqdan sonra 52 yaşının olmasına baxmayaraq Afrika mənşəli əsgərlər tərəfindən hərbi xidmətə çağırıldığı və homeksual bir kişi ilə əlaqəyə girməsi tələb olunduğu göstərilir.

Aleksey Navalni tərəfdarları etiraz aksiyasında iştirak edir
Aleksey Navalni tərəfdarları etiraz aksiyasında iştirak edir

Videonun mesajı aydındır: Əgər ruslar prezident seçkilərində aktiv iştirak etməsələr, Qərbin təsiri nəticəsində Rusiyada məcburi homoseksualizm və digər hallar normaya çevriləcək. Bunun qarşısını almaq üçün Rusiya xalqının güçlü rəhbərə ehtiyacı var.

Hətta 300 il öncə baş vermiş Poltava döyüşü də propaqanda kampaniyasının diqqətindən kənarda qalmayıb.

Kremlə yaxın Pravda qəzetinin bu yaxınlarda yaydığı bir xəbərdə İsveçin Donetskə qoşun göndərmək məramında olduğu bildirilir. Əlavə olunur ki, isveçlilər Poltava döyüşünün nəticəsinin ləğv olunmasını və İsveçin qalib dövlət kimi tanınmasını tələb edir. İsveçilərin çoxuna bu növ uydurma xəbərlər absurd görünür, amma Kreml öz seçki məqsədləri naminə rus xalqının milli heysiyyatına bağlı mövzuları manipulyasiya etməkdən çəkinmir. Hətta 300 il öncə baş vermiş hadisələr propaqanda kampaniyasının diqqətindən sığortalanmayıb.

ABŞ-ın Rusiyanı 2016-cı il prezident seçkilərinə müdaxilə etməkdə ittiham etməsindən sonra Rusiyada yeni bir dezinformasiya kampaniyasına təkan verilibb. Kreml Qərbin özünü Rusiya seçkilərinə müdaxilə etməkdə günahlandırır və media məkanını bu siyasi xəttə uyğun hekayələrlə doldurmağa can atır.

Elə bu həftə Rusiya kanallarında ABŞ-la əlaqəsi olan kəşfiyyat xidmətlərinin Rusiya prezidentliyinə ən zəif nümayəndələrdən birini öldürmək planının olduğuna dair xəbərlər yer alıb. Söhbətin hansı ölkənin kəşfiyyat xidmətindən yaxud namizəddən getdiyi aydın deyil.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG