Accessibility links

Vladimir Putin mart seçkilərinin şəffaf keçirilməsini istədiyini deyir


Vladimir Putin mart seçkilərinin şəffaf keçirilməsini istədiyini deyir
Vladimir Putin mart seçkilərinin şəffaf keçirilməsini istədiyini deyir

Rusiyanın baş naziri Vladimir Putin gələn ilin mart ayında keçiriləcək prezident seçkilərinin tamamilə şəffaf olmasını istədiyini deyib. Tərəfdarları ilə görüş zamanı cənab Putin seçkilərin ədalətli keçirilməsi yolları barədə danışıb. Cənab Putin onlara prezident seçkilərində qalib gəlmək naminə saxtakarlıqlara yol verilməməli olduğunu deyib.

Dekabr ayının 4-də keçirilən parlament seçkilərində qanun pozuntuları haqda iddialar ortaya çıxdıqca, geniş miqyaslı nümayişlər vüsət aldı. Etiraz aksiyalarının Moskva təşkilatçılarının bildirdiyinə görə, havanın şaxtalı olmasına baxmayaraq dekabr ayının 24-də keçirilən aksiyada yüz mindən çox insan iştirak edib.

XS
SM
MD
LG