Accessibility links

Rusiyanın Dövlət Duması təhlükəsizlik qüvvələrinin səlahiyyətinin artırılması barədə qanunu təsdiq edib


Rusiya parlamentinin aşağı palatası-Duma təhlükəsizlik qüvvələrinin səlahiyyətinin artırılması barədə qanunu təsdiq edib. 354 lehinə, 96 əleyhinə səslə təsdiq edilən sənəd Sovet erasının Dövlət Təhlükəsizlik Komitəsinin davamçısı olan Federal Təhlükəsilik Xidmətinə cinayət törədəcəyindən şübhələnilən şəxslərə rəsmən xəbərdarlıq vermək səlahiyyəti bəxş edir.

Rusiya parlamentinin aşağı palatası-Duma təhlükəsizlik qüvvələrinin səlahiyyətinin artırılması barədə qanunu təsdiq edib. 354 lehinə, 96 əleyhinə səslə təsdiq edilən sənəd Sovet erasının Dövlət Təhlükəsizlik Komitəsinin davamçısı olan Federal Təhlükəsilik Xidmətinə cinayət törədəcəyindən şübhələnilən şəxslərə rəsmən xəbərdarlıq vermək səlahiyyəti bəxş edir. Rusiyanın insan hüquqları qrupları qanunu tənqid edərək, yeni səlahiyyətlərin dissidentlər əleyhinə tətbiq ediləcəyini bildirir. Parlamentin Kommunist və Ədalətli Rusiya partiyalarının üzvləri qanunun əleyhinə səs veriblər. Hazırda parlamentin yuxarı palatasına göndərilən sənədin təsdiq ediləcəyi gözlənilir.

XS
SM
MD
LG