Accessibility links

Rusiyanın İnguşetiya Respublikasında qadın intiharçı polisi öldürdü


Rusiyanın İnguşetiya Respublikasında qadın intiharçı polisi öldürdü
Rusiyanın İnguşetiya Respublikasında qadın intiharçı polisi öldürdü

Rusiya rəsmilərinin verdiyi xəbərə görə Rusiyanın İnguşetiya Respublikasında qadın intiharçı bir polis nəfərini güllələmiş və sonra özünü öldürmüşdür.

Rusiya rəsmilərinin verdiyi xəbərə görə Rusiyanın İnguşetiya Respublikasında qadın intiharçı bir polis nəfərini güllələmiş və sonra özünü öldürmüşdür.

Polisin dediyinə əsasən qadın cümə günü Ekzayevo şəhərində onlara atəş açmış və polislərin cavab atəşindən sonra özünü partlatmışdır. Resmilər bildirib ki, yaralanmış polis işçisi sonradan vəfat etib.

Digər atışma zamanı təhlükəsizlik qüvvələri tərəfindən daha 3 militantın eyni şəhərdə öldürülməsi resmilər tərəfindən qeyd edilib. Bu qarşıdurmada ən azından 2 polis nəfəri yaralanıb.

Hadisə son zamanlar Rusiyanın şimali Qafqaz regionunda baş verən kəskin zorakılıqlardan irəli gəlir.

Xatırladaq ki, həftənin evvəli bomba partlayışı nəticəsində 12 nəfər öldürulmüş və Dağıstan Respublikasında bir qatar qəzaya uğramışdır. Eyni zamanda bazar ertəsi intiharçı İnguşetiyanın Qarabulaq şəhərində ən azı 2 polis işçisini öldürmüşdür.

XS
SM
MD
LG