Accessibility links

Rusiyanın Stavropol şəhərində bomba hücumu həyata keçirilib


Rəsmilər partlayışı terror hücumu kimi qiymətləndirirlər

Rusiya rəsmilərinin bildirdiyinə görə, dünən Stavropol şəhərində Çeçenistan rəqs ansamblının çıxışı gözlənilən konsert zalı yaxınlığında baş verən bomba partlayışı 7 nəfərin ölümünə, azı 45 nəfərin yaralanmasına səbəb olub. Rəsmilər partlayışı terror hücumu kimi qiymətləndirirlər. Bombanın Çeçenistanın Vaynax rəqs qrupunun səhnəyə çıxmağa hazırlaşarkən işə salındığı deyilir. Sravropol regionunun qubernatoru Valeri Qayevskiy hücumun regiondakı etnik vəhdətə qarşı provokasiya olduğunu deyib.

XS
SM
MD
LG