Birləşmiş Ştatlar mart ayında Britaniyada sabiq rusiyalı casus və onun qızının zəhərlənməsinin arxasında Moskvanın dayandığı müəyyən ediləndən sonra Rusiyaya qarşı yeni sərt sanksiyalar tətbiq etmək qərarı verib.
Bu, Dövlət Departamentinin bəyanatında bildirilib. Sergey Skripal və onun qızı Yuliya mart ayında Sovet dövründə hazırlanan Noviçok maddəsi ilə zəhərlənib.
Sanksiyalar İki həftədən sonra qüvvəyə minəcək.
Sergei Skripal və onun qızı Yuliya zəhərlənmədən xilas olublar. Lakin bu yaxınlarda Noviçik maddəsindən daha iki nəfər zəhərlənib. Onlardan biri həyatını itirib. Daun Sterqess zəhələnəndən bir həftə sonra dünyasını dəyişib. Onun partnyoru Çarli Rouli sağ qalıb.
"Mənim əllərim çox az iyli yağlı maddə ilə örtülmüşdü. Təhlillərdən sonra bu maddənin Noviçok olduğunu dediklərində şok keçirdim."
Cütlük hədəf alınmamışdı. Lakin Skripalın zəhərləndiyi Salisburi şəhərindən çox da uzaq olmayan şəhərdə zəhərli şüşəyə toxunub. Britaniyan baş naziri Tereza Mey zəhərlənmə halları ilə bağlı istintaqa çağırıb.
''Mən əminəm ki, Nümüyəndlər Palatası mənə qoşularaq dünən gecə həyatını itirən Daun Sterqessin ailəsinə başsağlığı verəcək. Polis və təhlükəsizlik xidməti qətl istintaqı ilə bütün faktları aşkar edəcək."
Müstəntiqlər cütlüyün zəhərləndiyi ehtimal edilən mağazaların birində iki şübhəli ilə bağlı araşdırma aparır. Onların rus olduğu ehtimal edilir.
Britaniya hücumun arxasında Rusiyanın dayandığını iddia edir. Kreml isə qətiyyətlə bu ittihamları rədd edir. Moskva zəhərli maddənin istehsalına dair heç bir izahat verməyib. 2006-cı ildə KGB-nin sabiq zabiti Aleksandr Litvinenko polonium maddəsi ilə öldürülmüşdü. Britaniya bu qətlin arxasında Rusiyanın durduğunu bildirmişdi.
Rəsmi London müttəfiqlərini Rusiyanın bu əməlini pisləməyə çağırır.
"Rusiyanın Britaniya ərazisində Britaniya vətəndaşlarına qarşı hücumlar həyata keçirdiyi reallıqdır .Bu, dünya ictimaiyyətinin qınamalı olduğu bir haldır''- deyə, britaniyanın müdafiə naziri Qavin Uiliamson bildirib.
ABŞ və Avropa İttifaqı Noviçoka görə bir sıra rus diplomatını ölkədən çıxarıb.
Dövlət Departamenti Rusiyanın zəhərli maddədən istifadə etdiyinə görə sansiyalara məruz qalacağını bu həftə bəyan edib. Amerikanın 1991-ci il qanununa görə bu kimi pozuntulara sanksiyalarla cavab verilir.