Accessibility links

Ruslan Nəsirov: “İttihamlar tamamilə saxta mahiyyət daşıyır”


Ruslan Nəsirov: “İttihamlar tamamilə saxta mahiyyət daşıyır”
please wait

No media source currently available

0:00 0:03:33 0:00

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin Ali Məclisinin sədri Ruslan Nəsirov Amerikanın Səsinə müsahibəsində həbsxana həyatı və itihamlardan danışıb.

Fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Eldar İsmayılovun sədrliyi ilə Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovu (o Rusiya vətəndaşıdır) 7il 3 ay, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmovu 4 il, bu partiyanın Nərimanov rayon şöbəsinin sədr əvəzi Babək Həsənovu 3 il həbsə məhkum edib. Məhkəmə AXCP Gənclər Komitəsinin Ali Məclis sədri Ruslan Nəsirov və Saleh Rüstəmovun qardaşı oğlu Vidadi Rüstəmlini məhkəmə zalından şərti azadlığa buraxıb.

Dövlət ittihamçısı Saleh Rüstəmova 8 il, Babək Həsənov və Aqil Məhərrəmliyə 7 il 6 ay, Ruslan Nəsirov və Vidadi Rüstəmliyə şərti olmaqla 3 il 6 ay həbs istəmişdi.

AXCP funksionerləri 2018-ci il mayın 25-də saxlanılıb. Gədəbəy rayonu İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov isə daha əvvəl həbs edilib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, AXCP funksionerləri və Saleh Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunur.

Açıqlamada Saleh Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş fəalların həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək “qurama iş” adlandırıb. O bildirib ki, Saleh Rüstəmov ilə uzun illərdir dostdur və dostu olaraq bir neçə dəfə yardım edib.

Amerikanın Səsi: Məhkəmənin hökmünü ədalətli hesab edirsinizmi? Bundan sonra hansı hüquqi addımlar atacaqsınız?

5 nəfərin hamsına birmənalı olaraq bəraət verilməli idi.

Ruslan Nəsirov: Məhkəmənin hökmünü ədalətli hesab etmirəm. İki ayadək davam edən məhkəmə prosesində də müdafiəçilərimizin və özümüzün təqdim etdiyimiz sübutlar nəticəsində ictimaiyyətə də məlum oldu ki, biz tamamilə günahsızıq. 5 nəfərin hamsına birmənalı olaraq bəraət verilməli idi. Növbəti hüquqi addımlarımıza gəlincə, Apellyasiya Məhkəməsindən sonra Ali Məhkəməyə və daha sonra Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyik.

Amerikanın Səsi: İttihamlara münasibətiniz? Bu hadisə necə baş verib?

Ruslan Nəsirov: İttihamlar tamamilə saxta mahiyyət daşıyır. Hadisə o müstəvidə baş verdi ki, Saleh Rüstəmov 1992-ci ildə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı işləyib. Bir müddət sonra, yəni Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti devrildikdən sonra bizneslə məşğul olmaq üçün Moskva şəhərinə gedib. İllər keçdikdən sonra yenidən Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə münasibətlərini bərpa edib. Ölkədə siyasi məhbusların sayı artdıqca (Saleh müəllim vicdanlı adamdır) biganə qala bilməyib. Siyasi məhbus ailələrinə yardım toplamaq məqsədi ilə Rusiyanın Moskva şəhərində bank kartı açıb. O karta oradakı azərbaycanlıların ianə şəklində pul köçürməsini təbliğ edib. Pullar yığıldıqdan sonra (elə də ciddi məbləğdən söhbət getmir, ən yaxşı halda 700-1000 dollardan söhbət gedir. O da hər ay deyil, bir neçə ayda bir dəfə olub) həmin vəsaiti qardaşı oğlu Vidadi Rüstəmliyə göndərib. Mən, Aqil və Babək bəy pulları Vidadi bəydən götürüb, partiyamızın siyasi məhbus ailələrinə yardım kimi çatdırmışıq.

Amerikanın Səsi: Son zamanlar yerli mediada məhbuslarlın saxlanma şəraiti ilə bağlı tənqidi yazılar dərc olunur? Siz necə, saxlanma şəraitindən razısınız?

Saleh müəllimin özü 8 nəfər üçün nəzərdə tutulan kamerada 12 nəfərlə saxlanılır.

Ruslan Nəsirov: Biz bir qədər ictimai düşünən adamlarıq, komfortlu yaşamamışıq. Şəxsən, biz siyasi məhbusların saxlanma şəraiti normal idi. Amma oradakı mənzərənin şahidi idik. 8 nəfərlik kamerada 13-14 nəfər yaşayanlar var idi. Bu da bütün qaydaları pozmaq deməkdir. Dustaqlar çox əziyyət çəkirlər. Eləcə də Saleh müəllimin özü 8 nəfər üçün nəzərdə tutulan kamerada 12 nəfərlə saxlanılır.

Amerikanın Səsi: İstintaq dövrü necə keçdi? Hansı yadda qalan anları deyə bilərsiniz?

Buna qətiyyətlə dözdük, sinə gərdik. Hazırda yenə də olduğumuz mövqedəyik.

Ruslan Nəsirli: İstintaq dövrü, belə deyək də... Azərbaycan hakimiyyəti həmişə bir ilkə imza atır. Bu dəfə, biz, 5 nəfərin üzərində bir ilkə imza atdılar. İttiham dövründə bizə aylarla, hətta ittiham aktı elan olunanadək də telefonla danışmaq və görüş hüququmuzdan istifadə etməyə icazə vermədilər. Bizi ailəmizidən və infomasiyadan təcrid etmək çox ağır idi. Buna qətiyyətlə dözdük, sinə gərdik. Hazırda yenə də olduğumuz mövqedəyik.

Amerikanın Səsi: Yəni, fəaliyyətinizi yenə də AXCP-də davam etdirəcəksiniz?

Ruslan Nəsirli: Bu sual doğurmamlıdır.

Qeyd: Penitensiar Xidmət bir qayda olaraq məhbusların qanunvericiliyə uyğun daxili intizam qaydaları əsasında saxlanıldığını bəyan edir. Penitensiar Xidmət həmçinin saxlanılma və cəzaçəkmə yerlərində qeyri-insani rəftarla bağlı deyilənləri qəbul etmir və qərəzli sayır.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG