Accessibility links

Ruslar Müqəddəs Vasili kilsəsinin ildönümünü qeyd edirlər


Ruslar Müqəddəs Vasili kilsəsinin ildönümünü qeyd edirlər
Ruslar Müqəddəs Vasili kilsəsinin ildönümünü qeyd edirlər

Rusiya Qırmızı Meydanda yerləşən Müqəddəs Vasili Kafedralının 450-ci ildönümünü qeyd edir. Kilsə özünün doqquz soğan şəkilli gümbəzlərinə görə tanınır.

Dörd ay çəkəcək bayramlar müqəddəsin şərəfinə düzənlənən sərgi ilə başlanacaq.

Rusiya çarı İvan Qroznının əmri ilə 1555 və 1561-ci illər arasında inşa edilmiş kilsədə geniş renovasiya işləri aparılıb. Restavrasiya 14 milyon dollara başa gəlib.

Müqəddəs Vasili bir bünövrə üzərində tikilmiş doqquz kilsədən ibarətdir. O, Moskvanın sərt qışlarına, Napoleonun onu dağıtma cəhdinə və Sovet liderlərinin anti-din kampaniyasının tərkib hissəsi olaraq partlatmaq istəyinə tab gətirib.

XS
SM
MD
LG