Accessibility links

ABŞ Ədliyyə Nazirliyi rəsmən rusları Amerika seçkilərinə müdaxilə etməkdə ittiham etdi


Rusiyanın ABŞ-da 2016-cı il prezident seçilərinə müdaxiləsini araşdıran xüsusi nümayəndə Robert Müllerun ofisi Böyük Münsiflər Məhkəməsinin 13 rus və 3 Rusiya təsisatına qarşı ittiham irəli sürdüyünü açıqlayıb.

Onlara qarşı Amerikanın siyasi prosesləri və seçkilərinə müdaxilə ittihamları irəli sürülüb.

Bu ittihamnamə hesab edir ki, rusiyalı konspiratorlar Birləşmiş Ştatlarda sosial ədavət yaratmaq və ictimaiyyətin demokratiyaya olan inamını sarsıtmaq istəyir.

İttihamlara konspirasiya, bank və pulköçürmə fırıldaqçılığı, habelə şəxsi məlumatların oğurlanması daxildir.

İttihamnaməni Ədliyyə Nazirliyində açıqlayan Baş Prokuror müavini Rod J. Rozensteyn bu ittihamların insanların internetdə göründükləri kimi olmadığını bir daha xatırlatdığını vurğulayıb.

“Bu ittihamnamə hesab edir ki, rusiyalı konspiratorlar Birləşmiş Ştatlarda sosial ədavət yaratmaq və ictimaiyyətin demokratiyaya olan inamını sarsıtmaq istəyir. Biz onların müvəffəq olmasına imkan verməməliyik,” Rozensteyn bəyan edib.

İttihamnamədə baş fiqur olaraq adı hallanan Yevgeniy Priqojin Rusiya prezidenti Vladimir Putinə ən yaxın rəsmilərdən biri sayılır.
İttihamnamədə baş fiqur olaraq adı hallanan Yevgeniy Priqojin Rusiya prezidenti Vladimir Putinə ən yaxın rəsmilərdən biri sayılır.

Bundan əvvəl Müllerin araşdırmaları Trampın sabiq milli təhlükəsizlik müşaviri və sabiq seçkiqabağı kampaniyasının sədri də daxil olmaqla, 4 nəfəri ittiham etmişdi.

İttihamnamənin açıqlanmasından az sonra ABŞ prezidenti Donald Tramp Tvitterdə Rusiya müdaxiləsinin seçkilərə təsir göstərdiyini inkar edib.

"Rusiya özünün anti-ABŞ kampaniyasına 2014-cü ildə başlayıb - mənim prezidentliyə namizədliyimi elan etməyimdən xeyli öncə. Seçkilərin nəticəsinə təsir olmayıb. Tramp kampaniyasının heç bir qəbahəti yoxdur - işbirliyi yoxdur!"

İttihamnamə açıqlanmazdan öncə Donald Tramp öz kampaniyası ilə ruslar arasında işbirliyi olmasını dəfələrlə inkar edib və bu ittihamları "qurama" adlandırıb.

Öz növbəsində ABŞ Ədliyyə Nazirliyinin ittihamnaməsində adı hallanan Rusiya prezidentinin yaxın müşaviri Yevgeniy Priqojin amerikalıların "sadəlövh" olduğunu və "görmək istədiklərini gördyünü" vurğulayıb.

Rusların yaratdıqları İnternet Araşdırma Agentliyi adlı trol ferması 11.4 milyon istifadəçinin gördüyü 3,000 Facebook reklamı yaymış, 340,000 izləyicinin diqqətini cəlb edən 129 Facebook hadisəsi təşkil etmişdir.

Rusiya prezidenti ilə yaxın təmaslarına görə "Putinin aşpazı" ləğəbini qazanmış Priqojin əlavə edib: Mən bu siyahıda olmaqdan məyus deyiləm. Onlar iblis görmək istəyirlərsə, qoy görsünlər."

İttihamnamədə qeyd olunur ki, təqsirləndirilən şəxslər işbirliyi quraraq "Laxta Əməliyyatı" adlanan layihə vasitəsilə ABŞ-da siyasi proseslərə təsir göstərməyə çalışıblar. Təqsirləndirilən şəxslər arasında Aleksandra Krılova və Anna Boqaçeva 2014-cü ilin yayında Birləşmiş Ştatlara səfər edərək layihə üçün kəşfiyyat məlumtları toplayıblar.

Rusların seçkilərə müdaxilə əməliyyatı Donald Trampın namizədlyini dəstəkləməyə, praymerizdə onun Respublikaçı rəqibləri Ted Kruz və Marko Rubionu gözdən salmağa yönəlib.
Rusların seçkilərə müdaxilə əməliyyatı Donald Trampın namizədlyini dəstəkləməyə, praymerizdə onun Respublikaçı rəqibləri Ted Kruz və Marko Rubionu gözdən salmağa yönəlib.

İttihamnaməyə əsasən, 2016-cı ildə təqsirləndirilən şəxslərin əməliyyatları Trampın namizədliyini "dəstəkləməyə" və onun Demokrat rəqibi Hillari Klintonu "pisləməyə" yönəlib. Onlar həmçinin Demokrat namizəd Berni Sandersə dəstəyi artırmağa və Respublikaçı namizədlər "Ted Kruz və Marko Rubionu gözdən salmağa" çalışıblar.

Cümə günü prezident Donald Trampın sabiq baş strateqi Stiv Bannonun bir neçə saat ərzində xüsusi prokuror Robert Müller tərəfindən dindirildiyi bildirilib.

Robert Müller özü şəxsən press brifinqə qatılmayıb, ancaq 37 səhifəlik iittihamnamə indiyədək ABŞ hökumətinin Rusiyanın 2016-cı ilə seçkilərinə müdaxiləsini ən ətraflı şəkidə detallayan sənəddir.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG