Accessibility links

Ruslar Venesuelaya ABŞ sanksiyalarından yayınmağa kömək edirlər


Reuters xəbər agentliyi öz mənbələrinə istinad edərək xəbər verir ki, Venesuela ABŞ sanksiyalarını adlayaraq Rusiyanın "Rosneft" dövlət korporasiyasının köməyi ilə neft satışından gəlir əldə edir.

Bu açıqlamadan sonra "Rosneft" şirkəti hüquq-mühafizə orqanlarına müraciət etməyi planlaşdırır:

Böhrandan sui-istifadə edən Rosneft dünyanın ən zəngin yataqlarına malik Venesuelada neft sənayesinin əhəmiyyətli kəsiminə nəzarəti ələ keçirib.

"Rusiya Federasiyasının ərazisində psevdo-təşkilatın qeyri-qanuni fəaliyyətinin qarşısını almaq üçün hüquq-mühafizə orqanlarına müraciət etmək gərəkdir" - deyə, "Rosneft" öz səhifəsində bildirib.

Şirkət həmçinin Reuters agentliyini "məlumatlar diversiyası" və "təxriba"-da günahlandırıb.

"Reuters" agentliyinin açıqladığı məlumatda Venesuelanın dövlət neft şirkəti PDVSA "Rosneft"-ə neft satışı üzrə ödənişlər köçürdüyü, ödəmə əməliyyatlarında müddətin 30 gündən 90 günədək dəyişdiyi bildirilir.

Agentliyin verdiyi məlumata görə, "Rosneft" Venesuela neftinin pulunu endirimlə ödəyir və son alıcıdan tam dəyərini alır.

Agentliyin sənədlərdən belə görünür ki, bu əməliyyatlarda iştirak etmək üçün Venesuelanın nağd pulla neft əldə etdiyi ən böyük müştərisi - Hindistan Reliance Industries şirkəti də daxil olmaqla, bir neçə enerji şirkəti də dəvət olunub.

"Rosneft" şirkətinə Rusiya prezidenti Vladimir Putinin yaxın müttəfiqi İqor Seçin rəhbərlik edir.
"Rosneft" şirkətinə Rusiya prezidenti Vladimir Putinin yaxın müttəfiqi İqor Seçin rəhbərlik edir.

Hindistan şirkətinin Venesueladakı nümayəndəsi Reuters-ə bildirib ki, `Reliance Industries` Venesuela neftinin pulunu Rusiya və Çin şirkətlərinə ödəyir. O, qeyd edib ki, şirkət bu sazişləri ABŞ Dövlət Departamenti ilə ABŞ sanksiyalarına uyğun olaraq edir.

Venesuela korporasiyası Reuters-in açıqlamaları ilə bağlı hələ şərh verməyib.

"Rosneft" əvvəllər "öz səhmdarlarının maraqlarına uyğun kommersiya fəaliyyəti" göstərdiyini bildirmişdi. PDVSA şirkətinin mənbələri bildirib ki, Rosneft yalnız debit borclarını ödəyir. 2018-ci ilin sonunda şərkətin borcu $2.3 milyard təşkil edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG