Accessibility links

Navalnı və Udaltsov sorğu-sual edilir


Rusiya təhqiqatçıları aparıcı müxalifət liderlərini polislə toqquşma ilə nəticələnmiş hökumət əleyhinə nümayişlərdə rolları ilə bağlı sorğu-sual edir.

Tanınmış blogger Aleksey Navalnı və Sol-Cinah Cəbhə hərəkatının koordinatoru Sergey Udaltsov Kreml yaxınlığında etiraz nümayişi keçirən onlarla başqa fəalla birlikdə çərşənbə axşamı günü həsb edilmişdilər.

Rusiya Təhqiqat komitəsi müxalifət liderlərinin nümayişlərə dair keçirilən istintaqla əlaqədar sorğu-sual edildiyini bildirir. Navalnı və Udaltsovun hər biri nümaiyşlərdə iştirakla əlaqədar 15 gün həbs cəzası alıb.

Moskva polisi bazar günü Rusiyada seçkilərə və Vladimir Putinin prezident postuna qayıtmasına etiraz edən yüzlərlə nümayişçini həbs etmişdi

XS
SM
MD
LG