Accessibility links

Slovakiya Ukraynaya qırıcı təyyarələr verəcək


Baxmut
Baxmut

Slovakiya cümə günü Ukraynanı MiG döyüş təyyarələri ilə təmin etmək planını təsdiqləyib.

Slovakiya Polşadan sonra Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəsinin Rusiyanın işğalına qarşı mübarizəsinə yardım etmək üçün təyyarə yardımı çağırışlarına cavab verən ikinci NATO ölkəsidir.

Slovakiyanın Baş naziri Eduard Heger deyib ki, onun ölkəsi istismardan çıxardığı 13 MiG29 təyyarələrini Ukraynaya verməklə “tarixin doğru tərəfindədir.”

Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatlarına əsasən, Rusiya ordusu və Vaqner Qrupu qüvvələri bu yaxınlarda Baxmut şəhərində Baxmutka çayının qərbində irəliləyişlər əldə edib.

Nazirlik bildirir ki, çay bu yaxınlarda Donbasın Baxmut şəhərində gedən döyüşlərdə döyüşün ön cəbhəsi müəyyənləşdirib. Məlumatda deyilir ki, Ukrayna qüvvələri şəhərin qərb hissəsini müdafiə etməyə davam edir.

Bu arada, hesabatda bildirilir ki, Rusiya yanvar ayından bəri ən az sayda yerli hücumlarını həyata keçirir.

"Bu, çox güman ki, ona görədir ki, Rusiya qüvvələri öz döyüş gücünü müvəqqəti olaraq o dərəcədə tükəndirib ki, hətta yerli hücum hərəkətləri də hazırda davamlı deyil" – deyə, məlumtda deyilir.

Heyət və sursat ehtiyatları artırıldıqdan sonra ruslar çox güman ki, "hücum potensialını" artıracaq. Nazirlik o vaxta qədər rus komandirlərinin "hücum əməliyyatları keçirməklə tam müdafiə xəttinin etibarlı müdafiəsini həyata keçirmək arasında seçim etmək məcburiyyətində qalacaqlarını" bildirib.

Çinin xarici işlər naziri cümə axşamı ukraynalı həmkarı ilə telefon danışığında bildirib ki, Çin Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə ümid edir və Rusiya və Ukraynanı sülh danışıqları masasına gəlməyə çağırır.

Çin Xarici İşlər Nazirliyi açıqlamasında Qin Qanqın Dmitri Kulebaya Çinin "sülhü təşviq etmək və danışıqları inkişaf etdirmək öhdəliyi götürdüyünü və beynəlxalq ictimaiyyəti sülh danışıqları üçün şərait yaratmağa çağırdığını" açıqlayıb.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi bir ildən çox davam etdiyi bir vaxt, Qin həmçinin "Çin bütün tərəflərin sakit, rasional və təmkinli olacağına ümid edir" deyib.

XS
SM
MD
LG