Accessibility links

Rusiyanın hücumu nəticəsində Dnipro elektrik stansiyasına zərər dəyib


Arxiv fotosu - Ukraynalı hərbçi Zaporijjya bölgəsində səmada Rusiya dronlarına nəzarət edir, 30 yanvar 2024.
Arxiv fotosu - Ukraynalı hərbçi Zaporijjya bölgəsində səmada Rusiya dronlarına nəzarət edir, 30 yanvar 2024.

Ukraynanın çərşənbə axşamı bildirdiyinə görə, keçən gecə Rusiya 23 dron hücumu keçirərək, şərqdə Dnipro şəhərini hədəf alıb. Yerli rəsmilər şəhərdəki elektrik stansiyasına zərər vurulduğunu bildirib.

Şəhərin meri Boris Filatov Telegram kanalında infrastrukturun zədələndiyini bildirsə də, nəyin nəyin zədələndiyini və dəymiş ziyanın həcmini açıqlamayıb.

Özəl enerji təchizatçısı DTEK Telegram kanalında şirkətə məxsus istilik elektrik stansiyalarından birinin Rusiyanın hücumları nəticəsində ciddi zədələndiyini və bu səbəbdən elektrik enerjisi istehsalının dayandırılmalı olduğunu bəyan edib.

Şirkət itkilərin olmadığını bildirib.

Regionun qubernatoru Serhiy Lısak Rusiyanın bölgəyə kütləvi hücumlar həyata keçirdiyini və Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinin Dnipro bölgəsində 10 pilotsuz uçuş aparatını vurduğunu bildirib.

Ümumilikdə, Ukrayna Hərbi Hava Qüvvələri hava hücumundan müdafiə vasitələrinin Rusiyanın 23 pilotsuz təyyarəsindən 16-nı məhv etdiyini, digərlərinin isə Xerson və Zaporijye vilayətləri üzərində ələ keçirildiyini bildirib.

Forum

XS
SM
MD
LG