Accessibility links

2000-ci ildən bəri - Rusiyada terror hücumları


Bazar ertəsi Rusiyanın Sankt-Peterburq şəhəri metrosunun tunelində baş verən partlayış azı 10 nəfərin ölümünə səbəb olub. Interfax xəbər agentliyinin bildirdiyinə görə, partlayışa çantaya yerləşdirilmiş partlayıcı qurğu səbəb olub.

Rusiyada ölümlə nəticələnən hücumların siyahısına nəzər salaq:

31 oktyabr, 2015 - İslam Dövləti qrupunun Misirin Sinay yarımadası üzərində Rusiyaya məxsus təyyarəni partlatması 224 nəfərin ölümü ilə nəticələnir.

29-30 dekabr, 2013 - Rusiyanın Volqoqrad şəhərinin dəmir yol stansiyasında və trolleybusda iki intiharçı bomba hücumu 34 nəfərin ölümünə səbəb olur.

24 yanvar, 2011 - Moskvanın Domodedovo aeroportunda intiharçı hücümü 30 nəfərin ölümü, 130 nəfərin yaralanmasına səbəb olub.

29 mart, 2010 - Moskva metro stansiyasındakı iki partlayş nəticəsində 40 nəfər ölür.

27 noyabr, 2009 - İçərisində 700 nəfərə qədər sərnişin olan Nevski Ekspress qatarının Moskva ilə Sankt-Peterburq arasında partladılması nəticəsində azı 26 nəfər ölür, 100 nəfər yaralanır. Hücumun məsuliyyətini çeçen üsyançıları öz üzərinə götürür.

21 avqust, 2006 - Moskva yaxınlığındakı marketdə bomba partlayışı 10 nəfərin ölümünə, 50 nəfərin yaralanmasına səbəb olur.

1-3 sentyabr, 2004 - Rus qüvvələrinin məktəbliləri girov götürən çeçen üsyançılarına hücum etməsi nəticəsində çoxu uşaq olmaqla 300 girov Belsan şəhərinin 1 saylı məktəbində həlak olur.

24 avqust, 2004 - Rusiyanın iki sərnişin təyyarəsi partlayır. 90 ölü. Onlardan biri Volqoqrad şəhərinə uçarkən partlayan TU-134, digəri isə Rostob-Don yaxınlığında partlayan TU-154.

6 fevral, 2004 - Moslva qatarında intiharşı hücumu azı 39 nəfərin ölümünə, 100-dən çoxunun yaralanmasına səbəb olur. Hücumun məsuliyyətini çeçen separatçıları öz üzərinə götürür.

5 dekabr, 2003 - Rusiyanın cənubunda, Yessentuki yaxınlığında qatarda partlayış 46 nəfərin ölümünə, 160-nın yaralanmasına səbəb olur.

23-26 oktyabr, 2002 - Moskva kino-teatrında çeçen yaraqlıları 700 girov saxlayır. 129 girov və 41 çeçen öldürülür.

8 avqust, 2000 - Moskvanın yeraltı keçidindəki bomba partlayışı 13 nəfərin ölümünə, 90 nəfərin yaralanmasına səbəb olur.

XS
SM
MD
LG