Accessibility links

Rusiya Ukraynaya 46 dronla hücum edib


Ukrayna ordusu çərşənbə günü bildirib ki, Rusiya gecə boyu Ukraynaya 46 dronla hücum edib.

Ukrayha hava qüvvələri bildirib ki, müdafiə qüvvələri dronlardan 32-ni məhv edib, qalanların əksəriyyəti isə, xüsusilə Xerson bölgəsində, cəbhə xəttindəki əraziləri vurub.

Ukrayna daxili işlər naziri İhor Klimenko da çərşənbə axşamı Xersonda insanlarn evakuasiya üçün qatar gözlədikləri stansiyanın Rusiyanın atəşinə məruz qaldığını bildirib.

Klimenko nəticədə bir polis zabitinin oldüyünü, dörd nəfərin xəsarət aldığını bildirib.

Ən son hücumlar Ukraynanın çərşənbə günü Rusiyanın Krımda dəniz desant gəmisinə zərbəsindən sonraya təsadüf edir.

Ukrayna hava qüvvələri qanadlı raketlərdən istifadə etdiyini və hücumun Novoçerkasskı dağıtdığını bildirib.

Ukrayna Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İhnat Amerikanın Səsinə bildirib ki, Ukrayna ordusunda gəminin yeri və yükü, habelə bölgəni qoruyan Rusiya hava hücumundan müdafiəsi ilə bağlı məlumat olub.

İhnat hücumu “son dərəcə çətin əməliyyat” adlandırıb, “çünki belə bir gəmini batırmaq asan deyil. ”

İhnat bildirib ki, Ukrayna ordusu yüksək dəqiqlikli zərbələr endirməkdə təkmilləşir. O əlavə edib ki, Rusiya “Qara dəniz donanmasını və Qara dənizdəki təsirini yavaş-yavaş itirir.”

İhnat Novoçerkasskın İran istehsalı dronlar daşıyıb-daşımadığını bilmədiyini, amma bunun istisna edilə bilməyəcəyini deyib. Bundan əlavə o, gəmidə Rusiyanın müttəfiqlərindən Ukraynada istifadə üçün aldığı sursatların olub-olmadığını təsdiqləyə bilməyib.

Rusiya müdafiə nazirliyi bidlirib ki, Ukraynanın hücumu nəticəsində Feodosiadakı bazada Novoçerasska ziyan dəyib.

Krımın Rusiya tərəfindən təyin olunan qubernatoru Telegram-da bildirib ki, hücum nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Oleksiy Neijpapa Amerikanın Səsinə bildirib ki, çərşənbə axşamı edilən hücumun Rusiya donanmasının Qara dənizdəki mövcudluğuna təsir göstərəcək.

“İndi Feodosiada yerləşən Qara dəniz donanmasının gəmiləri başa düşür ki, onlar da, bu bazadakilər daxil olmaqla, Ukrayna silahlı qüvvələrinin hücumunun hədəfidir.”

Forum

XS
SM
MD
LG