Accessibility links

Dmitri Medvedev Soçidə İlham Əliyevlə görüşür


Dmitri Medvedev Soçidə İlham Əliyevlə görüşür
Dmitri Medvedev Soçidə İlham Əliyevlə görüşür

Avqustun 9-u Rusiya prezidenti Dmitri Medvedev və Azərbaycan prezidenti İlham Əliyev arasında Soçidə görüş keçirilir.Rusiyanın İTAR-TASS agentliyi Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, dövlət başçıları Rusiya və Azərbaycan arasında münasibətlərin başlıca prinsipləri ətrafında fikir mübadiləsi aparır.

Tərəflər arasında danışıqların diqqət mərkəzində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi durur. Rusiya ABŞ və Fransa ilə bərabər Minsk qrupunun üzvü kimi danışıqlarda vasitəçilik fəaliyyətini davam etdirir. Lakin qrupun fəaliyyəti son zamanlar tənqidlərə məruz qalır. Beynəlxalq vasitəçilər hələlik tərəflərin razılığa gəlməsinə nail ola bilməyib, azərbaycanlı ekspertlər isə Rusiyanın ermənipərəst mövqe tutduğunu hesab edir.

Ermənistan Rusiyanın hərbi strateji tərəfdaşıdır və Qafqazın keçmiş üç respublikası arasında Moskvanın yaratdığı regional təhlükəsizliyə dair qrupa daxil olan yeganə ölkədir.

İyunun 24-də Kazanda Rusiya prezidentinin Dmitri Medvedevin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında üçtəfərli görüşdə bir nəticə əldə edilməyib. Bu, üçtərəfli formatda prezidentlərin doqquzuncu görüşü idi.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG