Accessibility links

Belarus Rusiyanın yerləşdirdiyi "İsgəndər" raket sistemlərinin istifadəyə hazır olduğunu bildirib


Arxiv fotosu - Rusiyanın "İsgəndər M" raket sistemi Moskvanın mərkəzində Qələbə Günü hərbi paradının məşqi zamanı Qırmızı Meydandan keçir, 7 may, 2022.
Arxiv fotosu - Rusiyanın "İsgəndər M" raket sistemi Moskvanın mərkəzində Qələbə Günü hərbi paradının məşqi zamanı Qırmızı Meydandan keçir, 7 may, 2022.

Belarus Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi bazar günü bildirib ki, Rusiyanın Belarusa yerləşdirdiyi taktiki "İsgəndər" raket sistemləri və hava hücumundan S-400 müdafiə sistemləri qarşıya qoyulan məqsədləri yerinə yetirmək üçün tam hazırdır.

"Hərbçilərimiz və ekipajlarımız Rusiya Federasiyası və Belarus Respublikası silahlı qüvvələrinin birgə döyüş hazırlığı mərkəzlərində təlimləri tam başa çatdırıb" nazirliyin İdeologiya şöbəsinin rəisi Leonid Kasinski Telegram kanalında yerləşdirilən videoda bildirib.

"Bu silah növləri (İskəndər və S-400 sistemləri) bu gün döyüş növbəsindədir və təyinatı üzrə tapşırıqları yerinə yetirməyə tam hazırdır" - deyə, Kasinski bildirib.

Rusiya prezidenti Vladimir Putinin iyun ayında Moskvanın Minski hava hücumundan müdafiə sistemləri ilə təmin edəcəyini bəyan etməsindən sonra Belarusa nüvə silahı daşıya bilən nə qədər "İsgəndər" sistemlərinin yerləşdirildiyi məlum deyil.

Bu xəbərlər Moskvanın Ukraynaya 10 aydan artıqdır və sonu görünməyən müdaxiləyə yardım etmək üçün Minskə təzyiqləri artırdığı vaxt verilir.

Rusiya qüvvələri fevral ayında Ukraynanın paytaxtı Kyivə uğursuz hücum zamanı Belarusdan start meydançası kimi istifadə edib. Son aylar isə Rusiya və Belarus silahlı qüvvələrinin hərbi fəallığı artdığı müşahidə olunur.

NATO tərəfindən "SS-26 Stone" adlandırılan mobil raket sistemi olan "İsgəndər-M" sovet dövrünün "Skad" ballistik raketlərini əvəz edir. Onun iki idarə olunan raketi 500 kilometr məsafəni qət etmək qabiliyyətinə malikdir və adi və ya nüvə başlıqlarını daşıya bilir.

Rusiyanın S-400 sistemi təyyarələr, PUA-lar (pilotsuz uçuş aparatları), qanadlı raketləri vura bilən və ballistik raketlərdən müdafiə qabiliyyətinə malik olan yer-hava tipli raketləri ələ keçirən mobil sistemdir.

Kasinski həmçinin bildirib ki, ölkənin hərbi təyyarələri "xüsusi aviasiya sursatları" daşımaq üçün yenidən təchiz edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG