Accessibility links

NATO: Rusiya Belarusa 30 min əsgər yerləşdirib


Rusiya Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin 2 fevral 2022-ci il tarixində yaydığı videodan götürülmüş bu fotoda Rusiya və Belarus tanklarının Belarusun Brestski poliqonunda birgə hərbi təlimlər zamanı hərəkəti əks olunub.
Rusiya Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin 2 fevral 2022-ci il tarixində yaydığı videodan götürülmüş bu fotoda Rusiya və Belarus tanklarının Belarusun Brestski poliqonunda birgə hərbi təlimlər zamanı hərəkəti əks olunub.

Ukrayna ətrafında gərginliyin artmaqda davam etdiyi bir vaxt Rusiya və Qərb arasında Şərqi Avropada bir-birinin əsgərlərinin sayı ilə bağlı mübahisə başlayıb.

Belə ki, fevralın 3-də NATO-nun baş katibi Yans Stoltenberq Moskvanı son günlər Belarusda təxminən 30 min canlı döyüş qüvvəsi və müasir silahlar toplamaqda ittiham edib. Bu, Soyuq Müharibə dövründən bəri Rusiyanın qonşu ölkəyə yerləşdirdiyi ən böyük hərbi qüvvədir.

Stoltenberqin bəyanatı Vaşinqtonun NATO müttəfiqlərini gücləndirmək üçün Avropaya minlərlə əsgər göndərəcəyini bildirməsindən sonra verilib.

Kreml fevralın 3-də bildirib ki, ABŞ-ın bu addımı böhranı de-eskalasiya etmək əvəzinə onu daha da alovlandırır.

Bundan əvvəl artıq rəsmi Moskva Belarusla bu ayın sonunda birgə hərbi təlimlər keçirəcəklərini elan etmişdi. Belarusa göndərilən hərbi texnika və canlı qüvvənin bir hissəsi Belarusun Ukrayna ilə sərhədinə yerləşdirilib.

Jurnalistlərə açıqlama verən Stoltenberq bildirib ki, Rusiya Belarusa göndərdiyi qüvvələrə Spetsnaz xüsusi əməliyyat qüvvələri SU-35 döyüş təyyarələri, ikili “İsgəndər” raketləri və S-400 hava hücumundan müdafiə sistemləri daxildir. "Bütün bu qüvvələr təlim zamanı Rusiyanın nüvə qüvvələri ilə birləşdiriləcək" - deyə, Stoltenberq əlavə edib.

Stoltenberqin "İsgəndər" raketləri üçün istifadə etdiyi "ikili" termini həm adi, həm də nüvə müharibəsi üçün nəzərdə tutulan silahlara aiddir.

NATO rəhbəri bir daha Rusiyanı vəziyyəti gərginləşdirməməyə çağıraraq “Rusiyanın növbəti təcavüzünün ağır nəticələri" olacağı ilə bağlı xəbərdarlığını təkrarlayıb.

Moskva Belarusa göndərdiyi hərbi kontingentinin sayını açıqlamayıb. Lakin fevralın 3-də birgə təlimlərdən əvvəl Belarusa gedən müdafiə naziri Sergey Şoyqu bildirib ki, iştirak edən əsgərlərin sayı razılaşdırılmış maksimumdan 13 min əsgər azdır. Bu da 2011-ci ildə Vyana Sənədində göstərildiyi kimi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) qaydalarına uyğundur.

Əgər makimim limiti aşarsa Rusiya əraziyə ATƏT-dən müşahidəçilərini dəvət etmək öhdəliyi daşıyır.

Birgə təlimlərin fevralın 10-dan 20-dək 10 gün davam etməsi planlaşdırılır.

Ukrayna ərazisinə müdaxilə etmək planlaşdırdığını inkar etməyə davam edən Rusiya Qərbin cavabını sübut kimi göstərərək, ABŞ və NATO-nun təhrikçi rol oyndadığını iddia edir.

XS
SM
MD
LG