Accessibility links

Rusiya ordusu səhvən özünün Belqorod şəhərinə bomba atıb


Rusiya ordusu etiraf edib ki, döyüş təyyarələrindən biri tərəfindən təsadüfən atılan bomba Ukrayna sərhədindən çox uzaqda olmayan Rusiya şəhərində güclü partlayışa səbəb olub. Partlayış zamanı iki nəfər yaralanıb, yerli sakinlər qorxuya düşüb.

Belgorod, a city of 340,000 located about 40 kilometers (25 miles) east of the Russia-Ukraine border, has faced regular drone attacks during Russia's current military operation in Ukraine. Russian authorities blamed the earlier strikes on the Ukrainian military, which refrained from directly claiming responsibility for the attacks.

Cümə axşamı axşam saatlarında baş verən partlayış Belqorod sakinlərinin əvvəllər yaşadıqlarından dəfələrlə güclü olub. Şahidlərin bildirdiyinə görə, yaxınlıqdakı yaşayış binalarını titrədən və pəncərələri sındıran partlayışın ardınca zəif bir uğulti eşidilib.

Bomba çoxmərtəbəli yaşayış binaları ilə əhatə olunmuş, ağaclarla örtülmüş prospektin ortasında 20 metr enində çuxur yaradıb, bir neçə avtomobili zədələyib və avtomobillərdən birini mağazanın damına atıb. Rəsmilərin bildirdiyinə görə, iki nəfər yaralanıb, üçüncü şəxs isə hipertoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Partlayışdan dərhal sonra rusiyalı şərhçilər və hərbi blogerlər Ukraynanın hücum üçün hansı silahdan istifadə etdiyinə dair nəzəriyyələrlə dolaşıb. Onların çoxu intiqam tələb edib.

Lakin təxminən bir saat sonra Rusiya Müdafiə Nazirliyi partlayışa özünün Su-34 bombardmançılarından birinin təsadüfən atdığı bombanın səbəb olduğunu etiraf edib. Nazirlik əlavə məlumat verməsə də, hərbi ekspertlər silahın 500 kiloqram gücündəki bomba olduğunu bildirib.

Belqorodun qubernatoru Vyaçeslav Qladkovun dediyinə görə, yerli hakimiyyət orqanları doqquzmərtəbəli binanın yaşayış üçün təhlükəli olub-olmadığından əmin olmaq üçün baxış keçirilərilməsi qərarına gəlib və sakinləri müvəqqəti təxliyyə edib.

Rusiya şərhçiləri döyüş təyyarəsinin niyə Belqorod üzərində uçduğunu sual altına alıb və hərbçiləri gələcəkdə belə riskli uçuşlardan çəkinməyə çağırıblar.

Bəziləri iddia edir ki, Belqoroda səhvən atılan bomba onlarla kilometr uzaqda olan hədəflərə tuş gəlməyə imkan ven qanadlı və GPS-lə idarə olunan hədəf sistemləri ilə təchiz edilmiş modifikasiya edilmiş döyüş sursat dəstlərindən biri ola bilər. Rusiyanın hava qüvvələri bu cür bombalardan bu yaxınlarda istifadə etməyə başlayıb və bəzi expertlər onlarda nasazlıqlar ola bilər.

Oktyabr ayındaRusiyaya məxsus döyüş təyyarəsi Azov dənizinin Yeysk liman şəhərindəki yaşayış binasının yaxınlığında qəzaya uğrayıb, 15 nəfər həlak olub. Yeyskdə Rusiyanın Ukrayna üzərində uçuşlar həyata keçirən böyük bir hava bazası yerləşir.

XS
SM
MD
LG