Accessibility links

Rusiya Ukraynanın pilotsuz təyyarəsinin hücumu nəticəsində Belqorodda 6 nəfərin öldüyünü bildirib


Rusiya rəsmiləri bazar ertəsi Ukrayna pilotsuz təyyarəsinin Rusiya-Ukrayna sərhədi yaxınlığındakı Belqorod bölgəsinə hücumu nəticəsində azı 6 nəfərin öldüyünü bildirib.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında pilotsuz təyyarənin hücumu zamanı 30-dan çox insanın yaralandığını və bir neçə nəqliyyat vasitəsinin sıradan çıxdığını bildirib.

Ukrayna ordusunun bazar ertəsi bildirdiyinə görə, ölkənin Hava Hücumundan Müdafiə Qüvvələri keçən gecə Rusiya ordusunun atdığı 13 pilotsuz təyyarədən 12-ni məhv edib.

Ukrayna Hərbi Hava Qüvvələri pilotsuz təyyarələrini Ukraynanın şimal-şərqində, Rusiya ilə sərhəddə yerləşən Sumı vilayəti üzərində vurub.

Sumının regional hərbi administrasiyası Telegram-da Rusiyanın enerji obyektinə hava zərbəsi endirdiyini bəyan edib. Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Ukrayna prezidenti Volodimir Zelenski bazar günü Pasxa bayramı münasibətilə etdiyi müraciətində ukraynalıları bir-birilərinə və cəbhə xəttindəki əsgərlərə dua etmək üçün birləşməyə çağırıb və tanrının "çiynində Ukrayna bayrağı var" deyib.

Telegram kanalında paylaşdığı videoda o, "Gəlin bir-birimiz üçün dua edək. Biz yaxınlaşanda artıq bir-birimizə yad olmuruq" - deyə, bildirib.

Kyivdə min yaşı olan Müqəddəs Sofiya kilsəsinin qarşısında dayanan Zelenski qeyd edib ki, Ukrayna Rusiyaya qarşı artıq 802 gündür döyüşür.

Prezident Vladimir Putin Rusiya Pravoslav Kilsəsinin rəhbəri, Rusiya lideri və Rusiyanın Ukraynadakı müharibəsinin sadiq tərəfdarı olan Patriarx Kirillin başçılıq etdiyi Pasxa mərasimində iştirak edib.

Şərqi pravoslav xristianlar Pasxa bayramını adətən katolik və protestant kilsələrindən gec qeyd edir. Belə ki, onlar İsa Məsihin dirilməsinin ildönümünü fərqli təqvim və metodologiyadan istifadə edərək hesablayır.

Forum

XS
SM
MD
LG