Accessibility links

Rusiya Xarici İşlər Nazirliyi: BMT qətnaməsi Ukrayna böhranının həllini mürəkkəbləşdirəcək


Rusiya BMT-nin qətnaməsini əksproduktiv adlandırıb. Rusiyanın Xarici İşlər Nazirliyi bildirib ki, BMT-nin Baş Assambleyasının qətnaməsi Ukraynanın daxili böhranının həllini mürəkkəbləşdirəcək.

BMT-nin Baş Assambleyasında Krımı Ukraynadan ayırıb Rusiyaya birləşdirən referendum qanunsuz adlandırılıb. Qurumun qəbul etdiyi qətnamədə Krım yarımadasının Moskvaya məxsus olduğunun tanınmayacağı bildirilir.

Ölçülərə Rusiya prezidenti Valdimir Putinin Krımın ilhaqını dəstəkləyən yaxın müşavirlərinə qarşı sanksiyaların tətbiqi də daxildir.

BMT-nin qətnaməsinin 100 ölkə lehinə, 11 ölkə əleyhinə səs verib, 58 ölkə bitərəf qalıb.

BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrindən fərqli olaraq Baş Assambleyanın qətnamələrinə veto qoyula bilməz. Lakin onlar hüquqi qüvvəyə malik deyil.

Səsvermədən əvvəl Ukraynanın xarici işlər naziri Andriy Deşçıtsia Krımın işğalını Ukraynanın ərazi bütövlüyüynün pozulması adlandırıb.

Rusiyanın BMT-dəki səfiri Vitali Çurkin isə qətnamənin rədd edilməsinə çağıraraq, krımlıların öz müqəddəratlarını həll etmək hüququna malik olduğunu bildirib.
Ousted Ukrainian president Viktor Yanukovych called Friday for referendums to determine the status of all Ukrainian regions.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG