Accessibility links

Rusiya Buçada qətliam törətməkdə ittiham olunan briqadaya fəxri ad verib


Buçada öldürülən qurbanların dəfn edildiyi kütləvi məzarlıq

Rusiya prezidenti Vladimir Putin Ukraynanın Buça şəhərində hərbi cinayətlər törətməkdə ittiham edilən hərbi briqadaya fəxri ad verib.

Putinin aprelin 18-də imzaladığı fərmanla 64-cü motoatıcı briqadaya “vətən və dövlət maraqlarını” müdafiə etdiklərinə görə qvardiya titulu verilib və onun üzvlərinin “kütləvi qəhrəmanlıq və şücaət, mətanət” sərgiləməsi yüksək qiymətləndirilib.

Ukrayna Müdafiə Nazirliyi bölmənin Kiyevin şimal-qərbindəki Buça şəhərini işğal edərkən hərbi cinayətlər törətdiyini bildirir və qurbanlar üçün ədalətin təmin olunacağına söz verib.

Keçən həftə Ukrayna polisi bildirib ki, Buçada öldürülən mülki şəxslərin əksəriyyəti güllə yarası alıb. Qurbanlardan bəzilərinin əlləri arxadan bağlı vəziyyətdə olub.

Rusiya hakimiyyəti isə hərbi qüvvələrinin Ukraynada mülki şəxslərə hücum etmədiyini iddia edir. Üstəlik Buçadan küçələrdə yatan mülki şəxslərin cəsədlərini əks etdirən videoların Qərbin yeni sanksiyalarına haqq qazandırmaq və atəşkəs danışıqlarını pozmaq üçün çəkildiyini bildirib.

Briqadaya fəxri adın verilməsi edilməsi Ukraynanın şərqində döyüşlərin şiddətlənməsi fonunda verilib.

Fəxri adın elan edilməsi Rusiyanın Ukraynaya qarşı minlərlə insanın ölümünə, milyonlarla ukraynalının evlərindən didərgin düşməsinə və Moskvaya qarşı geniş sanksiyalara səbəb olan müharibəni davam etdirdiyi bir vaxta təsadüf edir.

XS
SM
MD
LG