Accessibility links

Çeçen üsyançılarının lideri komandir kimi istefa verib


Doku Umarov internetdə yerləşdirilmiş videoda deyib ki, bu vəzifəni daha gənc və fəal adam tutmalıdır

Özünü “Qafqazın əmiri” elan etmiş şeçen üsyançılarının lideri Doku Umarov komandir kimi istefa verdiyini elan edib.

Umarov internetdə yerləşdirilmiş videoda deyib ki, bu vəzifəni daha gənc və fəal adam tutmalıdır. O öz yerinə Aslambek Vadalovu təyin etdiyini bildirib. Lakin Umarov Rusiyanın şimali Qafqaz bölgəsində islam dövləti yaratmaq fikrindən dönməyəcəyini əlavə edib.

Doku Umarov Rusiyada axtarışda olan bir nömrəli şəxsdir. O, Moskva metrosunda 39 adamın ölümülə nəticələnmiş bomba hücumları da daxil olmaqla, bir sıra hücumlara görə məsuliyyət daşıyır.

ABŞ Dövlət Departamenti Doku Umarovu terrorçu kimi tanıyır.

XS
SM
MD
LG