Accessibility links

Kabardin-Balkar respublikasında yerli hakim qətlə yetirilib


Moskva Baş Prokurorluğundan verilən məlumata görə, naməlum şəxslər hakim Culber Bıkovu onun Baksanenok kəndində axşam saatlarında evinin qarşısında vurub öldürüblər

Rusiya rəsmilərinin bildirdiyinə görə, Kabardin-Balkar respublikasında yerli hakim güllə ilə vurulub öldürülüb. Moskva Baş Prokurorluğundan verilən məlumata görə, naməlum şəxslər hakim Culber Bıkovu onun Baksanenok kəndində axşam saatlarında evinin qarşısında vurub öldürüblər. Hakimin iş yeri paytaxt Nalçikdə idi. Rusiyanın Şimali Qafqaz regionun respublikalarında hökumət rəsmiləri demək olar hər gün hücuma məruz qalır.

XS
SM
MD
LG