Accessibility links

Rusiyanın Baş naziri Çinlə əlaqələri yüksək qiymətləndirib


Rusiyanın Baş naziri Mixail Mişustin və Çinin Baş naziri Li Qian
Rusiyanın Baş naziri Mixail Mişustin və Çinin Baş naziri Li Qian

Rusiyanın Çinə səfər edən Baş naziri Mixail Mişustin ölkəsinin Çinlə əlaqələrini yüksək qiymətləndirərək, münasibətlərin “görünməmiş dərəcədə yüksək səviyyədə olduğunu” deyib.

Mişustin bu şərhi çərşənbə günü Pekində Çinin baş naziri Li Qianla görüşü zamanı verib. Mişustin prezident ŞiTsinpinlə də görüşüb. Xəbərlərə görə, Şi Pekinin Moskvanın “əsas maraqları”na dəstəyini təklif edib.

Mişustin deyib ki, ikitərəfli münasibətlər “bir-birinin maraqlarına qarşılıqlı hörmət, beynəlxalq arenada artan çaşqınlıq və Qərbin sensasiyalı təzyiqləri ilə əlaqəli çağırışlara birgə cavab vermək istəyi ilə xarakterizə olunur”.

Associated Press-in məlumatına görə, Mişustin Rusiyanın Ukraynadakı müharibəsindən bəhs etməyib.

Mişustin və Li ticarət xidmətləri, Rusiyanın Çinə kənd təsərrüfatı məhsullarının ixracı və idman sahəsində əməkdaşlığa dair bir sıra sazişlər imzalayıb.

Mişustin 2022-ci ilin fevralında Moskvanın Ukraynanı işğal etməsindən sonra Pekinə səfər edən yüksək rütbəli Rusiya rəsmisidir. Çin işğala cavab olaraq Qərb dövlətlərinin sanksiyaları səbəbindən Rusiyanın ən böyük neft və qaz ixracatı müştərisinə çevrilib. Rusiya dövlət mediası bu yaxınlarda Rusiyanın bu il Çinə ixracının 40% artacağını bildirib.

Rusiyanın Ukraynaya müdaxiləsini açıq şəkildə tənqid etməyən Pekin münaqişədə bitərəf olaraq qalıb.

ABŞ Çini Rusiyaya müharibədə hərbi dəstək verməməsi ilə bağlı xəbərdarlıq edib.

XS
SM
MD
LG