Accessibility links

Rusiya Patriarxı Kiril Kubaya gedir


Rusiya pravoslav kilsəsinin başçısı Patriarx Kiril prezident Raul Kastro və Roma Papası Frensislə görüşmək üçün Kubaya yola düşüb.

Moskvanı bu gün tərk edən patriarx Kiril Roma Papası Frensislə cümə günü Havananın Hoze Marti aeroportunda görüşəcək. Bu görüş Şərq və Qərb xristianlığı arasında minillik ayrılıqdan sonra necə deyərlər, yaralara şəfa məqsədi daşıyır.

Roma Papası və Rusiya Patriarxının təklikdə görüşəcəkləri və bəyannamə imzalayacaqları planlaşdırılıb.

Kilsələrin birgə açıqladığını bəyanatda Patriarxın Kubaya rəsmi səfər etdiyi, Roma Papasının isə Meksikaya səfər edərkən Kubada qısa müddətə dayanacağı deyilib.

XS
SM
MD
LG