Accessibility links

Maxaçkalada səfərbərliyə qarşı keçirilən aksiya zamanı 100-dən çox etirazçı həbs edilib


Maxaçkala şəhərində səfərbərliyə qarşı keçirilən aksiya zamanı 120-yə yaxın etirazçı saxlanılıb. Onların bir çoxuna qarşı inzibati iş açılıb, 8 nəfərə qarşı cinayət işi başlanıb. Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən "Qafqaz" nəşri yazır.

"Saxlanılan etirazçılar müxtəlif polis şöbələrindədir - Bəziləri Leninsk, bəziləri Kirov, bəziləri Sovetskidə. Altıncı şöbədə də (Ekstremizmə Qarşı Mübarizə Mərkəzində) saxlananlar var. Cəmi 120-yə yaxın adam var", hüquq-mühafizə orqanının nümayəndəsinə istinadən bildirilib.

Onun sözlərinə görə, sentyabrın 26-da səhər saatlarında "icazəsiz" mitinqdə iştirak etdiklərinə görə, saxlanılan şəxslərə qarşı 46 protokol tərtib edilib.

"Məndə olan məlumata görə, polislərə hücumla bağlı 8 cinayət işi açılıb. Onların arasında azı bir azyaşlı da var. Daha iki iş ekstremist çağırışlarla bağlı açılıb. Lakin həmin işlərin aksiyada iştirak edənlərə və ya etiraz aksiyalarına İnternet vasitəsilə çağıranlara aid olduğu məlum deyil" mənbə bildirib.

Barəsində cinayət işi başlananlardan birinin xalası jurnalistlərə açıqlamasında qardaşı oğlunun Sovetski şöbəsində döyüldüyünü deyib: "Mənə ancaq zəng edə bildi, mən hüquqşünasam. O, polis maşınında qarnından bir neçə zərbə vurulduğunu, sonra isə şöbədə döydüyünü dedi. O, barəsində cinayət işi açıldığını bildirdi".

Dağıstanın rəhbəri Sergey Melikov səhər iclasında "Maxaçqaladakı aksiyalar xaricdən hazırlanıb və idarə olunub" deyib. Eyni zamanda o, rayon rəhbərləri və respublika hərbi komissarlığının pis işlədiyini bildirib. Onun sözlərinə görə, ehtiyatsız informasiya ona gətirib çıxarıb ki, "cinayətkar qruplar insanların problemlərindən istifadə etməyə çalışıb".

OVD-İnfo xəbər verir ki, sentyabrın 26-da səhər saatlarında Rusiyanın beş şəhərində səfərbərliyə qarşı keçirilən aksiyalarda 128-dən çox, Mahaçqalada isə 100-dən çox adam saxlanılıb.

Qəzet qeyd edib ki, sentyabrın 25-də 300-dən çox insan səfərbərliyə etiraz etmək üçün Mahaçqaladakı Kukla Teatrının yaxınlığında toplaşıb.

XS
SM
MD
LG