Accessibility links

Putinin imzaladığı qanun layihələri kişilərin hərbi çağırışdan yayınmasını qeyri-mümkün edəcək


Putinin imzaladığı qanun layihələri kişilərin hərbi çağırışdan yayınmasını qeyri-mümkün edəcək
please wait

No media source currently available

0:00 0:03:11 0:00

Putinin imzaladığı qanun layihələri kişilərin hərbi çağırışdan yayınmasını qeyri-mümkün edəcək

Aprelin 11-də Rusiya qanunvericiləri tərəfindən qəbul edilən və Vladimir Putin tərəfindən imzalanan qanun layihəsi Moskvanın Ukrayna ilə müharibəsində yeni əks-hücuma başlayacağı gözlənilən bir vaxt kişilərin hərbi çağırışdan yayınmasını demək olar ki, qeyri-mümkün edəcək.

Rusiya prezidenti Vladimir Putin tərəfindən imzalanan silsilə qanun layihələri ölkədə qalan kişilərin hərbi xidmətdən yayınmasını demək olar ki, qeyri-mümkün edir. Qanunvericilik bildirişlərin elektron şəkildə dövlətin onlayn xidmətləri portalı vasitəsilə çatdırılmasını tələb edir.

Bəzi insan haqları ekspertləri yeni qaydaların Rusiya Konstitusiyasının pozulması olduğunu deyir. Vətəndaş Ordusu Hüququ-ndan Sergey Krivenko: "Bu dəyişikliklər əsasən, hərbi xidmət üçün qeydiyyatda olan bütün kişilərin reyestrini yaradır və bir çox dövlət xidmətləri həmin reyestrə uyğun kişilər haqqında məlumat əlavə edir və hərbi komissarlıqlara göndərir. Bu, konstitusiyanın şəxsi məlumatlarla bağlı maddəsini pozur. Belə ki, heç kim vətəndaşların razılığı olmadan insanların şəxsi məlumatlarını toplaya bilməz."

Kremlin hesablamalarına görə, Rusiya hakimiyyəti 2022-ci ilin sentyabr ayının sonlarında ölkə boyu səfərbərlik elan etdikdən sonra, Ukraynada döyüşmək üçün 300 minə qədər kişi çağırılıb.

Bu arada Forbes Russia bildirib ki, 700 minə qədər insan çağırışdan yayınmaq üçün Rusiyanı tərk etmiş ola bilər. Vilson Mərkəzindən İzabella Tabarovski: "İnsanlar döyüşmək istəmir. Onlar çox güman ki, anlamadıqları və ya bilmədikləri müharibədə həyatlarını itirmək istəmir".

Yeni qanuna görə, hərbi xidmətə yararlı olan kişilər yerli hərbi komissarlığa gələnə qədər ölkədən çıxa bilməz. 20 gün ərzində çağırış məntəqəsinə gəlmədikdə bu, sürücülük vəsiqələrinin ləğv edilməsindən tutmuş, bankdan krediti alma, daşınmaz əmlakın satışı və ya alınmasının qadağan edilməsinə qədər cərimələrlə nəticələnə bilər.

Kremlin sözçüsü Dmitri Peskov rəsmi açıqlamasında bildirib ki, sistemdə dəyişikliklər sadəcə olaraq köhnəlmiş sistemi modernləşdirmək cəhdidir. "Xüsusi hərbi əməliyyat başlayanda siz də, mən də bəzi yerlərdə hərbi xidmətə çağırış məntəqələrində qarışıqlıq yarandığını gördük. Bu qanunvericilik təşəbbüsünün məqsədi bu qarışıqlığı aradan qaldırmaq və onu [sistemi] müasir, effektiv və vətəndaşlar üçün rahat etməkdir".

Krivenko kimi hüquq müdafiəçiləri bu iddiaya qarşı çıxır. "Bu, açıq-aşkar yalandır. Bu barədə azı 20 ildir danışılırdı və onlar hərbi xidmətə çağırış sistemini modernləşdirmək istəsəydi, bunu hökumətin sənədləri rəqəmsallaşdırmağa başladığı 90-cı illərdən bəri, yəni dinc vaxtlarda edə bilərdi" - deyə, Sergey Krivenko bildirir.

Rusiyanın itkiləri artdıqca, çağırışdan qaçanların sayı da artır. Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin analitiklərinin hesablamalarına görə, hərbi müdaxiləyə başlayandan bəri Rusiyanın Ukraynada azı 200 min əsgəri yaralanıb və ya öldürülüb.

XS
SM
MD
LG