Accessibility links

Rusiyada hərbi xidmətə çağırış yaşının artırılması ilə bağlı qanun layihəsi təqdim edilib


Rusiyanın Dövlət Dumasına hərbi xidmətə çağırış yaşının mərhələli şəkildə 18-27 yaşdan 21-30 yaşa qaldırılması haqqında qanun layihəsi təqdim edilib. Bu barədə parlamentin aşağı palatasının saytında məlumat verilib.

Məlumatda qeyd olunub ki, çağırış yaşının aşağı həddinin 21 yaşa qaldırılması təklifi “vətəndaşların həm orta ümumi təhsil, həm də orta ixtisas və ya ali təhsil almasını təmin etmək məqsədi” daşıyır. Bundan əlavə, qanun layihəsində çağırış yaşının yuxarı həddinin 30 yaşa qaldırılması təklif edilib.

Sənəd 2026-cı ilə qədər keçid dövrünü nəzərdə tutur. Belə ki, qanun layihəsi qəbul olunarsa, 2024-cü ildə çağırış yaşı 19-dan 30-a, 2025-ci ildə 20-dən 30-a, 2026-cı il yanvarın 1-dən isə 21-dən 30-a qədər olacaq.

Təşəbbüslə Müdafiə Komitəsinin sədri Andrey Kartapolovun başçılığı ilə deputatlar çıxış edib.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu 2022-ci ilin dekabrında kişilərin çağırış yaşının artırılmasını təklif edib. Rusiya prezidenti Vladimir Putin təşəbbüsü dəstəkləyib.

Rusiyada 2023-cü il yaz hərbi çağırışı aprelin 1-dən iyulun 15-dək keçiriləcək.

XS
SM
MD
LG