Accessibility links

Rusiyada iqtisadi böhran ailələri sıxır [Video]


Rusiya iqtidasiyyatındakı böhran daha da dərinləşəcək
please wait

No media source currently available

0:00 0:03:39 0:00

Yevgeniya Syomuina və Aleksey Krasnov iki usağı ilə birlikdə yaşadıqları ikiotaqlı evi 6 il əvvəl xarici kreditlə alıblar. Rus rublunun dəyərini itiməsi ilə onlar bayram mövsümü üçün maliyyə planlarını bir də gözdən keçirməli olublar.

“Elə dünən həyat yoldaşımla oturub, yeni il hədiyyələrini necə alacağımız barədə danışırdıq. Bəlkə də biz heç nə almamalıyıq. Ailə büdcəmizi nəzərdən keçirdikdən sonra biz başa düşdük ki, bizim ev üçün ipoteka ödənişimiz iki dəfə, bəlkə də daha çox artıb” deyə, Aleksey Krasnov bildirir.

Bu ailəni daha ağır günlər qorxudur. Aleksey bankda işləyir və Rusiyanın bank sistemindəki böhran səbəbindən işini itirməsindən qorxur. “İşdə artıq bir neçə dəfə ixtisarlar olub və deyilənə görə bir-iki aya yenə olacaq. Biz qeyri-stabilliyi hiss edirik və bunun ailəmizə necə təsir edəcəyi məlum deyil.”

Lakin bu ailə bir şeyi bilir, evlərini satmayacaqlarını. Çünki evlərin bazar dəyəri çox aşağıdır. “Biz üçüncü uşaq da istəyirdik. Lakin bizim buna imkanımız çatmaz. Biz buradan köçə də bilmirik, çünki ipoteka buna imkan vermir.” deyə, Yevgeniya bildirir.

Rusiya Federasiyasının sabiq maliyyə naziri Aleksey Kudrin bazar ertəsi daha pis xəbərlərlə çıxış edib. “2000-ci ildən, Putinin və Medvedevin hakimiyyətdə olduğu dövrdən bəri adi insanların gəlirləri azalır və gələn il də azalacaq.”

Cənab Kudrin deyib ki, gələn il Rusiyaya idxal 40 faiz azalacaq və bu, inşaat və investisiya layihələrinə güclü təsir edəcək. O, Ukraynadakı böhrana görə qoyulan sanksiyaların Moskvanın iqdisadiyyatı gücləndirmə planlarını alt-üst edə biləcəyini bildirib.

Rusiya rəsmiləri ölkədəki maliyyə böhranına görə qərbi günahlandırır. Lakin bəzi təhlilçilər sanksiyalar qaldırılsa belə, qarşıdan gələn 3 il ərzində Rusiya iqtisadiyyatının çətin vəziyyətdə olacağını deyirlər. Karnegi Fondundan Yuri Dadush: “Rublun qiymətdən düşməsinin əsas səbəbi neft qiymətlərinin aşağı düşməsidir. Neft və qazın ixracı Rusiya iqtisadiyyata böyük təsir göstərir.”

Rusiya tənzimləyiciləri iflasdan xilas olmaq üçün pərakəndə bankına 540 milyon dollarlıq kredit verib. Son həftələr Rusiya banklarından pullarını çəkənlərin sayı artıb. Lakin müştərilər pulların çıxarılmağında çətinliklərlə üzləşdiklərindən şikayətlənir. Mərkəzi Bank sələm faizlərini 10-dan 17 faizə qaldırsa da, rublun sabitliyini qorumaq çətin olacaq.

XS
SM
MD
LG