Accessibility links

Ukraynada müharibə başlayandan sonra bir milyona yaxın rus Avropa İttifaqı ölkələrinə keçib


Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlayandan bəri Avropa İttifaqının ərazisinə təxminən bir milyon rus daxil olub. Bu barədə məlumatı ERR xəbər agentliyi Avropa İttifaqının Xarici Sərhədlərin Təhlükəsizliyi Agentliyinə istinadən yayıb.

Fevralın 24-dən avqustun 22-dək 998,085 Rusiya vətəndaşı Avropa İttifaqının sərhədlərini keçib. Son bir həftə ərzində isə Avropa İttifaqına daxil olan rusların sayı bir qədər azalıb.

Rusiyanın Ukraynaya müdaxiləsindən sonra bir sıra Avropa İttifaqı ölkələri ruslara viza verilməsini dayandırıb və ya məhdudlaşdırıb. Belə tədbirlər artıq Estoniya, Latviya, Litva və Çexiya tərəfindən həyata keçirilib. Finlandiya sentyabr ayında onlara qoşulmağı planlaşdırır və Polşa da bu imkanı nəzərdən keçirir. Danimarka ruslar üçün vizalarla bağlı ümumavropa qərarını verməkdə israrlıdır.

Bu ölkələr həm də rusiyalı turistlər üçün Şengen vizalarının verilməsinə tam qadağa qoyulmasının tərəfdarıdır. Eyni zamanda, Almaniya, Yunanıstan, Macarıstan və Portuqaliya da daxil olmaqla, Avropa İttifaqının bəzi ölkələri bu ideyanı dəstəkləmir. Rusiyalılara viza verilməsinin qadağan edilməsi ideyası Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Josep Borrell tərəfindən dəstəklənməyib.

Bloomberg xəbər agentliyinin məlumatına görə, hazırda Avropa İttifaqına sədrlik edən Çexiya üzv ölkələrə vizaların verilməsini dayandırmamaq, Rusiya və Belarus vətəndaşları tərəfindən Şengen vizalarının alınması üçün sadələşdirilmiş proseduru tamamilə ləğv etməmək kimi “kompromis variant” təklif edəcək.

Tədbir qəbul olunarsa, ruslar və belaruslar viza üçün müraciət edə biləcək. Lakin bunun üçün onlara daha çox sənəd lazım olacaq, sənədlərə baxılma müddəti uzadılacaq, viza rüsumu isə 35 avrodan 80 avroya yüksələcək.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG