Accessibility links

Rusiyada daşqınların genişlənməsi minlərlə insanı təhlükə altında qoyub


Rusiyanın iki şəhərində iki böyük çayın məcrasından çıxaraq, son 70 ildə ən güclü daşqınlara səbəb olduğu vaxt çərşənbə axşamı daşqın sirenləri səslənib və minlərlə insanın dərhal təxliyə edilməsi barədə xəbərdarlıq edilib.

Ural dağları və Sibir ərazilərində sürətlə əriyən qar Rusiyanın vəhşi təbiəti boyunca axan böyük çaylardan bəzilərinin məcrasından çıxmasına səbəb olub, azı 10 min 500 ev suyun altında qalıb, minlərlə ev isə risk altındadır.

Avropanın üçüncü ən böyük çayı olan və Xəzər dənizinə tökülən Ural çayı cümə günü sahil bəndindən keçərək, Ural dağlarının cənubundakı Orsk şəhərini suyun altında qoyub. Çayın aşağı axınında təxminən 550 min əhalisi olan Orenburqda suyun səviyyəsi yüksəlib.

İrtış çayının qolu olan Tobol çayı üzərində yerləşən Kurqan şəhərində sirenlər vasitəsiə insanların dərhal təxliyyə edilməsinə çağırılıb. Qubernator Vadim Şumkov sakinləri xəbərdarlıqlara ciddi yanaşmağa çağırıb.

"Biz sizi çox yaxşı başa düşürük. Yerli hakimiyyətin çağırışı ilə mülklərinizi qoyub harasa köçmək çətindir", Şumkov deyib və evlərində qalmaq istəyənlərə bunun ağılsızlıq olduğunu əlavə edib.

Orenburq şəhərində suyun səviyyəsinin çərşənbə günü yüksək olacağı gözlənilir.

Prezident Vladimir Putin daşqınlarla bağlı məlumatları Moskvadan izləyir. Lakin Orsk şəhərində Kremlin rəhbərinə yardım etməsi üçün müraciət edən azı 100 nəfər çox az iş gördüyünü iddia etdikləri Orsk məmurlarının ünvanına "ar olsun" şüarları səsləndirərək, qəzəblərini nümayiş etdirib.

Çaylara həddən artıq su axması səbəbindən Orenburqda, Kurqanda və dünyanın ən böyük karbohidrogen hövzəsi olan Qərbi Sibirin əsas neft hasil edən bölgəsi olan Tümendə fövqəladə vəziyyət elan edilib.

Təxminən 800 min sakini olan Kurqanda dron görüntüləri Rusiyada ənənəvi taxta evlərin və Pravoslav kilsələrinin qızılı günbəzlərinin böyük suların arasında qaldığını göstərib.

Kurqan vilayətinin Zverinoqolovskoye şəhərində Tobolun suyunun səviyyəsi cəmi iki saat ərzində 74 santimetr yüksəlib. TASS xəbər agentliyinin məlumatına görə, Kurqanda 19 mindən çox insan risk altındadır.

Nazirliyin bildirdiyinə görə, Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkov Putinin göstərişi ilə vəziyyəti izləmək üçün çərşənbə axşamı Orenburq vilayətinə gedib.

Nazirlik əlavə edib ki, Kurenkov Uralda Kurqan və Tümen bölgələrinə də səfər edəcək.

Forum

XS
SM
MD
LG