Accessibility links

Rusiya ABŞ konsulluğunun keçmiş əməkdaşını casusluqda ittiham edib


Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) bazar ertəsi bildirdiyinə görə, ABŞ-ın Vladivostokdakı konsulluğunun keçmiş əməkdaşı ABŞ-ın adından Ukraynada müharibə və Rusiyada etiraz aksiyaları haqqında məlumat toplamaqda ittiham edilib.

Federal Təhlükəsizlik Agentliyinin bəyanatında deyilib ki, Rusiyanın hərbi çağırış kampaniyası da olmaqla, Robert Şonov 2022-ci ilin sentyabr ayına qədər müxtəlif məlumatlar toplayıb.

ABŞ Dövlət Departamenti may ayında Şonovun həbs edilməsini pisləyib və ona qarşı irəli sürülən ittihamların "tamamilə əsassız" olduğunu deyib.

Dövlət Departamentinin sözçüsü Metyu Miller açıqlamasında bildirib ki, Şonov ABŞ-ın Moskvadakı səfirliyinə xidmət göstərən xarici agentlikdə işə götürülməzdən əvvəl 25 ildən çox konsulluqda çalışıb.

"Cənab Şonov həbsi edilərkən onun yeganə vəzifəsi Rusiya mediasının mətbuat materiallarından media xülasəsini tərtib etmək idi. “Onun "məxfi əməkdaşlıq" qanununa uyğun hədəfə alınması Rusiya Federasiyasının öz vətəndaşlarına qarşı repressiv qanunlardan açıq şəkildə istifadə etdiyini vurğulayır" Miller deyib.

2022-ci ilin iyul ayında Rusiya Federasiyasının Cinayət Məcəlləsinə əlavə edilmiş"xarici dövlətlə məxfi əməkdaşlıq" maddəsi ilə 3 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulur.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG