Accessibility links

Mixail Qorbaçov:Rusiya geriyə doğru addımlayır


Mixail Qorbaçov:Rusiya geriyə doğru addımlayır
Mixail Qorbaçov:Rusiya geriyə doğru addımlayır

Keçmiş sovet lideri Mixail Qorbaçov hökuməti tənqid edərək, Rusiyanın Sovet İttifaqının dağılmasından keçən iyirmi il ərzində “geriyə getməsi” ilə bağlı təəssüf hissi keçirdiyini deyib. Onun özünün hakimiyyətdən getməsi ilə nəticələnmiş dövlət çevrilişinin 20 illiyi ilə əlaqədar tədbirdə danışan cənab Qorbaçov deyib ki, Rusiyada azad seçkilər keçirilməli və ölkəyə yeni rəhbərlik lazımdır. O bildirib ki, insanların siyasi proseslərdə iştirak etdiklərini bilməsi olduqca vacibdir. Cənab Qorbaçov qubernatorların birbaşa, parlamentə isə bir səslə seçkinin bərpa edilməsini tövsiyə edib. Keçmiş sovet lideri həmçinin Rusiyanın monopoliya tərəfindən idarə edilməsilə bağlı xəbərdarlıq edib. Cənab Qorbaçov Baş nazir Vladimir Putinin başçılıq etdiyi Vahid Rusiya partiyasını Sovet İttifaqının Kommunist partiyası ilə müqayisə edib. Lakin o, cənab Putini birbaşa tənqid etməyib, iqtisadi problemlərdən sonra və post-sovet dövrü Rusiyada vəziyyətin sabitləşməsində onun rolunu qeyd edib.

XS
SM
MD
LG