Accessibility links

Rusiya Qara dəniz limanını vurmamağa razılaşandan sonra Odesaya zərbə endirib


Ukrayna bildirir ki, Rusiya şənbə günü Ukraynanın Qara Dənizdəki Odesa limanına raket zərbəsi endirib. Bu, iki ölkənin taxıl ixraclarının Qara Dəniz limanlarından təhlükəsiz şəkildə çıxmasına imkan vermək üçün razılıq əldə etməsindən sonraya təsadüf edib.

“Rusiyanın raket (zərbəsi) (Rusiya Prezidenti) Vladimir Putinin razılığı əldə etmək üçün böyük səy göstərən BMT baş katibi Antonio Quterreş və Türkiyə Prezidenti Rəcəb (Tayyib) Ərdoğanın üzünə tüpürcəyidir” - deyə, Agence France-Presse Ukraynanın xarici işlər nazirliyinin sözçüsü Oleq Nikolenkodan sitat gətirib.

Nikolenko atdığı tvitdə bildirib ki, əgər razılığa əməl olunmasa, qlobal ərzaq böhranına görə tam məsuliyyəti Rusiya daşıyacaq.

Ukraynanın Cənub Əməliyyat Komandanlığı Telegram-da “Düşmən Odesa dəniz ticarət limanına “Kalibr” qanadlı raketləri ilə hücum edib; iki raket havadan müdafiə qüvvələri tərəfindən vurulub; ikisi limanın infrastrukturunu vurub.”

ABŞ-ın Ukraynadakı səfiri Bridcet Brink Twitter-də yazıb ki, zərbə “dəhşətli” olub.

Ukraynanın mərkəzində isə şənbə günü Rusiya aerodrom və dəmir yolu obyektinə raket zərbəsi vurub. Yerli rəsmilərin məlumatına görə, nəticədə üç nəfər ölüb, azı 13 nəfər yaralanıb.

Britaniyanın Müdafiə Nazirliyi şənbə günü bildirib ki, son 48 saatda ağır döyüşlər gedib. Belə ki, Ukrayna qüvvələri Xerson bölgəsində Dnipro çayının qərbində Rusiya qüvvələrinə qarşı hücumlarını davam etdiriblər.

Nazirlik Twitter-ə yerləşdirdiyi açıqlamada bildirib ki, “Çox güman ki, Rusiya Dnepr çayının qolu olan İnqulets çayının təbii baryeri boyunca artilleriya atəşindən istifadə etməklə Ukraynanın hücumunu ləngitməyə çalışır. Eyni zamanda, Rusiya qüvvələrinin Dneprdən qərbdəki təchizat xətləri getdikcə daha çox risk altındadır.”

Bundan əlavə isə kredit reytinqi şirkətləri Fitch və Scope Ukraynanın defoltdan bir addım uzaqda olduğunu bildiriblər. Bu, Ukraynanın borc ödənişlərinin dondurulmasını istəməsindən sonraya təsadüf edib. Reytinq agentlikləri bildirib ki, bu addım borc üzrə öhdəliklərin yerinə yetirilməməsi ehtimalını artırır.

ABŞ Ukraynaya yeni 270 milyon dollarıq təhlükəsizlik yardımı paketi vəd edib ki, ona əlavə dörd ədəd Yüksək hərəkətlilik qabiliyyətinə malik artilleriya raket sistemi HIMARS daxildir.

Ukrayna ordusu Rusiyaya qarşı döyüşü çərçivəsində cəbhə xəttinə azı səkkiz HİMARS yerləşdirib, əlavə dördü isə ya artıq Ukraynadadır, ya da oraya doğru yoldadır.

ABŞ-ın ən son yardımı ilə HİMARS-ların ümumi sayı 16-a çatacaq. Bundan əlavə Ukrayna Almaniya və Britaniyadan altı orta və uzun mənzilli raket sistemləri alıb.

XS
SM
MD
LG