Britaniyanın Müdafiə Nazirliyi şənbə günü bildirib ki, Rusiya “ümumi hərbi gücü və silahlarının” böyük bir hissəsini “Donetsk vilayətinin Baxmut şəhəri ətrafındakı möhkəmlənmiş sərhədin 15 kilometrlik hissəsinə yatırır.
“Rusiya 2022-ci ilin avqust ayının əvvəlindən bəri hücum cəhdləri çərçisində Baxmutu prioritet edib,” nazirlik Twitter-də paylaşdığı gündəlik kəşfiyyat açıqlamasında bildirib. “Şəhərin ələ keçirilməsi məhdud əməliyyat dəyərinə malik olacaq, ancaq potensial olaraq Rusiyanın Kramatorsk və Sloviansk kimi daha böyük şəhər ərazilərinə təhlükə yaratmasına imkan verəcək,” hesabatda bildirilir.
Bununla belə, nazirlik deyib ki, “Bu kampaniya qeyri-mütənasib şəkildə baha başa gəlib” və “Baxmutun ələ keçirilməsi Rusiya üçün simvolik, siyasi məqsədə çevirilib.”
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü gündəlik müraciətində deyib ki, özü və işçiləri bütün həftə “Avropa paytaxtlarında müxtəlif səviyyələrdə xüsusi tribunalın - Rusiyanın təcavüzü üzrə tribunalın - yaradılmasına kritik dəstək toplamağa çalışıblar…Mən əminəm ki, Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı tribunal olacaq, ədalət olacaq.”